Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
İsmayıl İsmayılov .
İsmayıl İsmayılov (1 yanvar 1957 , Naxçıvan ) — alim [1] , Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini[2] .
İsmayıl İsmayılov
Doğum tarixi
1 yanvar 1957 (1957-01-01 ) (67 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti
alim
Təltifləri
"Əməkdar məşqçi"
İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub.
1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir[2] .
1990-cı ildə Moskvada İxtisaslaşdırılmış Doktorluq Şurasında namizədlik dissertasiyasını müdafiə edərək "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsinə layiq görülmüşdür. (diplom KO № 044690) 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür.[3] .
Ailəlidir, iki oğlu var.
1982–1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri[1] .
1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləmişdir.
1994–1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində işləmişdir[4] .
1998-ci ildən Olimpiya Akademiyasında prorektor vəzifəsində çalışır[2] .
1996–2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
2006–2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini vəzifəsinə işləmişdir[3] .
2004-cü ildə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adına layiq görülmüşdür[4] .
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir[2] .
↑ 1,0 1,1 "İsmayıl İsmayılov Rusiya prezidenti tərəfindən mükafatlandırılıb - Olimpiya Idman NövləriOlimpiya Idman Növləri" (az.) . allsport.az. 2019-04-17 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-04-17 .
↑ 2,0 2,1 2,2 2,3 "Исмаил Исмаилов: "Наш прекрасный Баку будет представлен 500-миллионной аудитории по всему миру" " (rus) . gumilev-center.az. 2019-04-17 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-04-17 . "
↑ 3,0 3,1 "İsmayıl İsmayılov" . 2018-05-07 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2018-05-14 .
↑ 4,0 4,1 "Azərbaycanın gənclər və idman nazirinin müavini Rusiya Prezidenti tərəfindən mükafatlandırılıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi" (az.) . azertag.az. 2019-04-17 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2019-04-17 .