Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
İsmayıl İsmayılov.
İsmayıl İsmayılov (1 yanvar 1957, Naxçıvan) — alim[1], Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini[2].
İsmayıl İsmayılov |
Doğum tarixi |
1 yanvar 1957(1957-01-01) (67 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti |
alim |
|
Təltifləri |
"Əməkdar məşqçi" |
İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub.
1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir[2].
1990-cı ildə Moskvada İxtisaslaşdırılmış Doktorluq Şurasında namizədlik dissertasiyasını müdafiə edərək "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsinə layiq görülmüşdür. (diplom KO № 044690) 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür.[3].
Ailəlidir, iki oğlu var.
- 1982–1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri[1].
- 1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləmişdir.
- 1994–1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində işləmişdir[4].
- 1998-ci ildən Olimpiya Akademiyasında prorektor vəzifəsində çalışır[2].
- 1996–2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
- 2006–2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini vəzifəsinə işləmişdir[3].
- 2004-cü ildə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" fəxri adına layiq görülmüşdür[4].
- 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir[2].