İsmayıl İsmayılov (texnik)

İsmayıl Mahmud oğlu İsmayılov (25 oktyabr 1946, Bakı) — Texnika elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017)[1]

İsmayıl İsmayılov
İsmayılov İsmayıl Mahmud oğlu
Doğum tarixi 25 oktyabr 1946(1946-10-25) (78 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi
Elmi adı Professor
İş yeri Milli Aviasiya Akademiyası
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mükafatları Azərbaycan Respublikasının əməkdar müəllimi

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Uçuş informasiyasının çevrilməsi və emalına tətbiqlə siqnalların diskretləşməsi və diskretləşdirmədən sonra bərpası metodlarının analizi əsasında zamanda və fəzada dəyişən parametrlərin optimal diskretləşmə tezliyinin qiymətləndirilməsi və seçilməsi metodikası təklif edilmişdir.

Ölçü siqnalının geniş zolaqlı olması və xətaların mövcudluğu, həmçinin diskretləşdirmə və müşahidə intervallarının məhdudluğu şəraitində rəqəmsal dinamik ölçmələrin dəqiqliyinin yüksəldilməsi və informasiyanın qeyri-müəyyənliyində naviqasiya ölçmələri nəticələrinin qiymətləndirilməsi metodu təklif edilmişdir.

Trendə (qeyri-stasionar tərtibedici) və stasionar tərtibediciyə bölünmə prinsipindən istifadə etməklə və sonradan birinciyə zaman oblastında, ikinciyə isə tezlik oblastında analiz tətbiq etməklə qeyri-stasionar siqnalların analizi üçün rəqəmsal qurğu təklif edilmişdir.

Uçuşların təhlükəsizliyinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən peyk və pilotaj informasiyasının birgə emalından istifadə etməklə hava gəmisinin dəqiq nəzarətli kompleks enmə sistemi yaradılmışdır. Bu sistemdə naviqasiya və pilotaj informasiyasının çevrilməsi və emalının işlənilmiş alqoritmləri havada hərəkətin idarə olunması və nəzarətin avtomatlaşdırılması, həmçinin uçuşların təhlükəsizliyinin təmin olunması işlərini yerinə yetirərkən effektli bir metod və vasitə kimi qəbul olunmuşdur.

Müxtəlif predmet oblastlarında intellektual və ekspert sistemlərinin işlənilməsi, biliklər bazasının və biliklərin təqdim olunması modellərinin yaradılması və onların tədqiqi istiqamətində elmi araşdırmalar aparılmış, süni neyron şəbəkələrindən (SNŞ) istifadənin yer aldığı intellektual-ölçmə kompleksləri yaradılmış, statistik metodlardan və süni neyron şəbəkələrindən birgə istifadə etməklə bort dinamik sistemlərin proqnozlaşdırılan nəzarət üsulu işlənilmişdir.

İnsan-maşın konseptual modeli əsasında "Ekipaj-Hava gəmisi" altsistemində ölçmə məlumatı ilə mübadilənin informasiya sisteminin yaradılmasının yeni kosepsiyalarını irəli sürülmüş, erqodik inteqrallaşdırılmış naviqasiya kompleksinin çoxsəviyyəli informasiya sisteminin strukturu yaradılmışdır.

Oracle VBİS-dən istifadə etməklə aviasiya və aeronaviqasiya informasiyalarının qorunması və onlarla işləmək üçün maksimal mühafizə infrastrukturunun konseptual sxemi yaradılmış və onun proqram təminatı işlənilmişdir.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

MAA-nın Aerokosmik İnformasiya sistemləri kafedrasının müdiridir.

Elmi tədqiqatları

[redaktə | mənbəni redaktə et]
  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı — 118;
  • xaricdə çıxmış elmi əsərlərinin sayı — 28
  • beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı — 10
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı — 10
  • fəlsəfə doktorlarının sayı — 3

Elmi – təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • MAA-nın Elmi Şurasının üzvü,
  • MAA-nın Aerokosmik fakültəsinin Elmi Şurasının üzvü,
  • MAA nəzdində fəaliyyət göstərən D06.001-Dissertasiya Şurasının üzvü,
  • AMEA-nın İnformasiya texnologiyaları İnstitutu nəzdindəki müdafiə Şurasının elmi seminarının üzvü,
  • AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Texnika Problemləri üzrə Elmi Şurasının üzvü,
  • Azərbaycan Respublikası Kosmik məsələlər üzrə Şuranın Elmi katibidir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikasının "Əməkdar müəllim" fəxri adı verilib (31 may 2018)
  • Fəxri Fərman — 12 yanvar 2022-ci ildə Rəyasət Heyətinin binasında AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Пашаев A. M., Исмаилов И. М. Интеллектуальные измерительно – вычислительные комплексы аэрокосмического применения" МАА Elmi məcmuələri ". Bakı, 2009. Cild 11, № 3.
  2. Исмаилов И. М., Годжаева Н. В. Повышение эффективности информационного обеспечения пилотажно-навигационного комплекса. Труды международной научно-технической конференции "АВИА-2011" Киев, 2011г. стр.113–117
  3. Пашаев A. M., Исмаилов И. М. Преобразование и обработка информации в авиационных измерительно-вычислительных комплексах. Монография. Баку, 2012. –252 стр.
  4. Исмаилов И. М. Компьютерное моделирование нейронного адаптивного фильтра. The International Conference Intellectual Systems in Aviation ICISA — 2012, Одесса, стр. 61–66.
  5. Ismailov I. M., Godjayev A. E. Data-Protection in aviation system. "Elmiməcmuələr", MAA, 2013, cild 15, № 4, səh. 5155.
  6. Ismailov I. M., Godjayev A. E. Data Base Security, Oracle Open Word, International Conference, USA, San-Fransisco 2014, р. 3641.
  7. Ismailov I. M., Godjayev A. E. Using Oracle Data-Base Vault/Greatin and Testing Realms Part II. International Conference, USA, San-Fransisco. OTECH MAGAZINE # 5, Winter 2014, page 14–19
  8. Ismailov I. M., Godjayev A. E. Aırline Reservatıon system. Труды международной научно-технической конференции "Компьютерные системы и информационные технологии". Киев, 2014, стр. 1214.
  9. Ismailov I. M., Godjayev A. E., Joel Perez, Flavio Soares. Como protegerseus dados usando o Oracle Database Vault. Oracle Technology Network. Postado em Dezembro, USA, San-Fransisco 2014, page 1/4 – 4/4.
  1. "İsmayılov İsmayıl Mahmud oğlu". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.