İsmayıl Şəms

Ismayıl Şəms (1918–2008), ədəbiyyatşünas, tərcüməçi, şərqşünas

İSMAYIL ŞƏMS
İsmayıl Qasım oğlu Şəms
Doğum tarixi
Doğum yeri Təbriz, Cənubi Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Bakı şəhəri
Fəaliyyəti şərqşünas

İsmayıl Qasım oğlu 1918-cı ildə Güney Azərbaycanın mərkəzi Təbrizdə anadan olmuşdur. Orta məktəbi Təbrizdə bitirdikdən sonra Tehran universitetinin hüquq fakültəsində oxumuşdur. Az sonra İran gömrük idarəsində rəis müavini postunda işləmişdir. Gömrükdə rüşvətxorluqla razılaşmayan Ismayıl Şəms orada işləməkdən imtina edir və Təbrizə qayıdır.

1940-cı il Hacı Əli Şəbüstəri, Maşınçı, Əxgər, Padiqan və başqa silahdaşları ilə birlikdə "Azərbaycan Cəmiyyətini" yaradır və cəmiyyətin orqanı "Azərbaycan" qəzetinin redaktoru olur.

Cəmiyyətin fəaliyyətinin genişləndiyini görən Sovet Dövlətinin adamları ona və məsləkdaşlarına cəmiyyəti buraxıb Tudə partiyasına birləşməyi təklif edirlər. Bu təkliflə razılaşmayan İsmayıl Şəms ruslar tərəfindən Sovetlər Birliyinə sürgün edilir.

Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı genişləndikdən sonra, o Güney Azərbaycana qayıdır və Azərbaycan Demokrat Firqəsinin yaranmasına yardımçı olur. Azərbaycan Milli Məclisinin millət vəkili və Pişəvərinin rəhbərliyi ilə yaranmış Azərbaycan Anayasa Komisyonunun üzvü olur.

1946-cı ildə Milli Dövlət yeniləndən sonra Sovetlər Birliyinə keçir. Sərhədi pozduğuna görə onu həbs edirlər və Aşqabad şəhərindəki zindana salırlar. Bu hadisə Aşqabad şəhərində zəlzələ baş verdiyi zamana təsadüf edir. Xoşbəxtlikdən zindanın divarları möhkəm tikildiyindən o bu qorxunc zəlzələdən sağ-salamat çıxmışdı. Zindandan buraxıldıqdan sonra İsmayıl Şəms Bakıya qayıdır və Bakı Dövlət Universitetində işləyir.

İsmaıl Şəms Quzey Azərbaycanda şərqşünaslıq, özəlliklə ərəbşünaslıq məktəbinin banisidir. O, Bakı Dövlət Universitetinin öyrənciləri üçün çox saylı dərslik hazırlamışdır. İsmayil Şəms 10 cildə yaxın kitabın müəllifi və tərcüməçisidir.

1998-ci ildə "21 Azər" qrupu yaranarkən o qrupun rəhbərlərindən və nəzəriyyəçilərindən biri olmuşdur. Ondan çox saylı siyasi məqalələr və video lentlər yadigar qaldı. Milli Dövlətin qurucularının bir çoxu kimi onun da taleli, talesizlik oldu. 2008-ci ildə 90 yaşı ərəfəsində naməlum şəkildə Bakıda vəfat etdi.