İsmayıl Ağalarov

İsmayıl Əbdülhüseyn bəy oğlu Ağalarov (1910-1977) — II Dünya Müharibəsi iştirakçısı.

İsmayıl Ağalarov
İsmayıl Əbdülhüseyn bəy oğlu Ağalarov
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri Bakı

İsmayıl Həqqi bəy Əbdülhüseyn bəy oğlu Ağalarov 1910-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini o zaman Şamaxıda "Taxtalı məktəb" deyilən məktəbdə almışdır. Bu məktəbə ona görə "Taxtalı məktəb" de-yilirdi ki, 1831- ci illərdə tikilmiş bu bina taxtadan tikilmişdi. 1930-cu illərdə bu bina uşaq evi (el arasında "Yetimxana"), sonra da idarə binası oldu. İsmayıl bəy 17 yaşında ikən 1927-ci illərdə ailəsi ilə Bakı şəhərinə köçdü və burada Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil oldu. Təhsilini bitirdikdən sonra təyinatla 3 il Şamxor (indiki Şəmkir) rayonunda müstəntiq işlədikdən sonra Bakı şəhərinə qayıtdı. 1938-ci ildə Sənaye və mülki inşaat ixtisası üzrə Azərbaycan Sənaye İnstitutuna daxil oldu. Bütün bunlar İsmayıl Həqqinin elm və biliyə can atdığını göstərirdi.

Dərin bilik və təşkilatçılıq bacarığına malik olan gənc İsmayıl İnstitutun 3-cü kursunda oxuyarkən İnstitut Həmkarlar təşkilatının sədri , sonra da, o zamankı Dzerjinski rayon Partiya Komitəsinin katibi seçilir. 2 fevral 1942-ci ildə könüllü olaraq BVM cəbhəsinə gedir. Cəbhədə alay komissarı vəzifəsində düşmənə qarşı döyüşlərdə fərqlənən İsmayıl Ağalaov Krım cəbhəsində 1942-ci ilin mayında öz batalyonu ilə düşmən mühasirəsinə düşür və almanlar tərəfindın tam tərkibdə əsir götürülürlər. Bir müddət Mariupol şəhərində hərbi əsir düşərgəsində saxlanılan Komieear digər hərbi əsirlərlə Almaniyaya yük qatarı ilə yola salınırlar. İsmayıl Ağalarovla bir vaqonda 45 nəfər hərbi əsir, Sovet əsgəri var idi. Yollara və əraziyə yaxşı bələd olan İ. Ağalarov qaçış planı hazırlayır, bu planı əsir yoldaşları ilə müzakirə edir. Qatar meşəlik bir ərazidən keçərkən vaqonun qapısını sandırıb açır. Əsirlər hərəkət edən qatardan bir-bir tullanıb qaçırlar. Ən axırıncı olaraq İ. Ağalarov vaqonu tərk edir və əvvəlcədən şərtləşdirdikləri yerdə toplaşırlar.

Bir çox əzab, əziyyət və çətinliklərdən sonra Kuban xalq qiyamçıları dəstəsində düşmənə qarşı qısascı mübarizələrdə, təxribarçılıqda fəal iştirak etdi. 1943-cü ilin yanvarında bu dəstə cəbhə xəttini keçərək döyüşən ordumuzla birləşdi. İsmayıl Ağalarov döyüşən ordu sıralarına BVM-ni baıa vurdu. 1941-1945-ci illərdə BVM-də onun xidmətləri, göstərdiyi rəşadət və igidlikləri bir çox medal və fərmanlarla mükafatlandırıldı. İsmayıl əsir düşərkən partiya biletini məhv etmişdi. 1946-cı ilin aprel ayının 13-də Sovet Ordusu Siyasi idarəsi onu yenidən partiya sıralarına qəbul etdi və ona partiya bileti verdi. Ordudan tərxis olunan İsmayıl Bakıya qayıtdı və ömrünün sonuna kimi (1977) Azərbayca SSR Kənd Təsərrüfatı Nazirliyinin Başkolxoztikinti idarəsinin mühəndisi işlədi.

İsmayıl Əbdülhüseyn oğlu Ağalarov 1932-ci ildə Şəfiqə xanım Sədrəddin bəy qızı Mustafayeva, evləndikdən sonra Ağalarova (1914-1992) ilə ailə qurmuşdu. Luiza xanım (1933) adlı qızı, Əkram (1936-2007), Tofiq (1938-1994) və Sabir (1945) adlı oğlanları olmuşdur.

  • Babaxan Niyazlı, Ağalarovlar nəsli, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.17-23.