İsmayıl Budaqlı

İsmayıl Məhərrəm oğlu Budaqlı (12 yanvar 1998; Sabirabad rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı.[1]

İsmayıl Budaqlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Axtaçı, Sabirabad, Azərbaycan
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri Axtaçı, Sabirabad, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri —2022
Rütbə Gizir
Döyüşlər Vətən müharibəsi
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Təltifləri "Ağdamın azad olunmasına görə" medalı — 2020
"Vətən müharibəsi iştirakçısı" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

İsmayıl Budaqlı 1998-ci il yanvarın 12-də Sabirabad rayonunun Axtaçı kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

İsmayıl Budaqlı 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə savaşıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.

İsmayıl Budaqlı 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.