İsmayıl Məmmədov (telerejissor)

İsmayıl Yaşar oğlu Məmmədov - Azərbaycan kino rejissoru.

İSMAYIL MƏMMƏDOV
Doğum tarixi (41 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti Kinorejissor

İsmayıl Yaşar oğlu Məmmədov 29 avqust 1983-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ədəbi Yaradıcılıq və Ekran Dramaturgiyası ixtisası üzrə ali təhsil alıb (2001-2005). Hazırda Bakı Beynəlxalq Kino Məktəbinin rejissorluq ixtisası üzrə tələbəsidir.

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində rejissor assistenti (2002-2003), ANS TV Müstəqil Yayım və Media şirkətində rejissor (2005-2006) kimi çalışıb. 2006-cı ildən SPACE Müstəqil Teleradio Şirkətinin rejıssorudur. Beynəlxalq Audiovizual Festivalın 2003-cü və 2004–cü illərdə təşkilində volantyor kimi çalışıb. 2003-cü ildə UNİCEF və Ümidli Gələcək Gənclər Təşkilatının birgə keçirdiyi "Gənclik və Sülh" layihəsi çərçivəsində "Sınmış dibçək" adlı 1 dəqiqəlik film çəkib. Həmin film 2003-cü ildə Xorvatiyada keçirilən "The One Minute Film Cup" festivalında qızıl medal və diploma layiq görülüb. Həmin il Bakıda keçirilən Səməd Mərdanov adına Tələbələrin I Film Festivalında (START Film Festivalı) ən yaxşı ssenari nominasiyasının qalibi olub. Bu film 2003-cü ildə UNİCEF tərəfindən ən yaxşı 10 filmdən biri kimi siyahıya salınıb.

2003-2004-cü illərdə "İnternyus Azərbaycan" təşkilatında sosial roliklərin çəkilişlərində iştirak edib. 2004-cü ildə Danimarkanın Xarici Əlaqələr departamentinin Cənubi Qafqazda Səndli Filmlərin istehsalı üzrə Bakıda təşkil etdiyi seminarlarda iştirak edib. 2005–ci ildə "Dəcəllər" sənədli filmini çəkib (2005). Bu müddət ərzində "Azərbaycanda Novruz Bayramı" adı altında 3 sənədli – etnoqrafik film çəkib.

  1. Bir ovuc su (film, 2003)
  2. Həsən bəy Zərdabi (film, 2003)
  3. Lal (film, 2003)
  4. Sınmış dibçək (2003)
  5. İki xalqın oğlu (film, 2004)
  6. Azərbaycanda Novruz Bayramı
  7. Dəcəllər (film, 2005)
  8. Qocalar (film, 2008)