İspaniya Varislik Müharibəsi

İspaniya Varislik Müharibəsi (1700-1715) İspaniya kralı II Karlosun ölümündən sonra Avropa ölkələri arasında ispan torpaqlarının paylaşılması mövzusundakı anlaşılmazlıq səbəbi ilə baş vermiş müharibədir. Böyük bir miras buraxacaq olan ispan kralı II Karlosun 1700-cü ildə ölümü Avropanı yeni bir müharibə təhdidi ilə qarşı-qarşıya buraxdı. Çünki Hollandiyaİtaliyanın bir qismi ilə Braziliya xaricində Cənubi Amerika, Böyük Antillər, Bülbül Adaları və Filippinə qədər uzanan İspaniya Müstəmləkə İmperiyasının paylaşılması əsas mövzu idi. 1700-1715 illəri arasında bir çox müharibə və mübarizələrə səbəb olan İspaniya Varislik Müharibəsinin Avropa və dünya tarixi cəhətindən önəmli xüsusiyyətləri və nəticələri vardır: 1. Profesyonal ordular tərəfindən gerçəkləşdirilən bir müharibələr seriyasıdır. Bu səbəblə gələcəyin müharibələrinin xarakteristikalarını əks etdirir. 2. Müharibənin səbəbi dini olmaqdan çıxıb siyasi-iqtisadi bir ölçü qazanmışdı. Mübarizədə dəniz gücünün üstünlüyü ciddi rol oynamışdı. 3. Dünya Müharibəsi deyilə biləcək ilk müharibədir. Avropanın öndə gələn dövlətlərindən əlavə olaraq, dənizin o biri tayındakı ölkələri də içinə almışdır. Avropaya yeni bir status qazandıracaq və ölkələrin gələcəyinə təsir edəcək olan ispan kralı II Karlosun ölümündən əvvəl yazdığı “Vəsiyyətnamə” belə idi: “İspaniya torpaqlarının bütövlüyü pozulmadan XIV Luisin nəvəsinə qalacaq, ancaq Fransa və İspaniya taxtları birləşdirilməyəcəkdir. XIV Luis bu təklifi qəbul etməsə, taxt, eyni qaydalarla Habsburq İmperiyasının oğluna veriləcək. XIV Luis təklifi qəbul etdiyini açıqladı. İmperiyanın digər varisi statusunda olan İngiltərə, Müqəddəs Roma Cermen İmperiyası, Hollandiya, Portuqaliya, Branderburq və Savoy Dükalıqları aralarında anlaşaraq Fransaya qarşı “Böyük İttifaq” yaratdılar. 1701-ci ildə başlayan müharibələr 1712-ci ilə qədər davam etdi. Fransanın məğlubiyyəti ilə nəticələnən İspaniya Varislik Müharibəsi, Utrext Sülhü və İspaniyanın paylaşılması ilə nəticələnməşdir. Nəticə olaraq, XIV Luisin nəvəsi V Filip İspaniya taxtında qaldı. Avstriya, İtaliya və Hollandiyadakı bir çox ispan bölgəsini ələ keçirdi. Qitə Avropası üzərindəki fransız hegemoniyası ortadan qalxdı və güc tərəzisi düşüncəsi, beynəlxalq düzənin bir parçası oldu. 19-cu əsrin ciddi dərəcəli siyasi hadisələri cəhətindən çox böyük önəm daşıyan Utrext Sülhü, Vestfaliya Sülhü ilə birlikdə “Müasir Dünya”nın təməllərini atan iki önəmli tarixi hadisədir. Dövrümüzün Avropasının təməlləri özəlliklə Utrext Sülh Müqaviləsi ilə birgə atılmışdır.