İsrafil Həşimov - (azərb. Həşimov İsrafil Ağababa oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
İsrafil Həşimov | |
---|---|
Həşimov İsrafil Ağababa oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
1964-cü il aprelin 3-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 144 nömrəli tam orta məktəbdə almışdır. Azərittifaq sistemində satıcı işləyib. İki uşağı var. Günel 1988-ci ildə, Aysel 1989-cu ildə anadan olmuşdur. Həyat yoldaşı Quliyeva Gülnisə Qasım qızı heç yerdə işləmirdi. İsrafil həmin axşam evdən çıxıb, bütün gecə evə gəlməyib. Səhər meyidini Semaşko adına xəstəxanadan tapıblar. Döş qəfəsindən güllə yarası alıb. Ehtimala görə hadisə XI Qızıl Ordu meydanında olmuşdur. Ətraflı məlumat yoxdur.
Mərhum 9-cu mikrorayon, 131-ci bina, 26-cı mənzildə olurdu. Qəribə də olsa, Şəhidlər xiyabanındakı "mənzili" -nin nömrəsi də 26-dır.