İsrafil Səttarzadə

Səttarzadə İsrafil Səttar oğluAzərbaycanlı alim, kimya elmləri doktoru, professor.

İsrafil Səttarzadə
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi Kimya
Elmi dərəcəsi Kimya elmləri doktoru (1964)
Elmi adı Professor
İş yerləri ADU fiziki və kolloid kimya kafedrası
Təhsili ADU-nun kimya fakültəsi
Mükafatları Azərbaycan SSR Əməkdar Elm Xadimi

İsrafil Səttarzadə 1914-cü ildə anadan olmuş, Lənkəran Pedaqoji Texnikumunu bitirmişdir. 1935-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş, 1940-cı ildə oranı bitirərək, ordu sıralarına çağrılmışdır.

1944-cü ildən M.V.Lomonosov adına nəzdində olan Elmi-Tədqiqat Kimya İnstitutunda işləmişdir. 1950-ci ildən ADU-nun kimya fakültəsində müəllim və dosent vəzifələrində işləmiş, 1965-1983-cü illərdə isə fiziki və kolloid kimya kafedrasına rəhbərlik etmişdir.

İsrafil Səttarzadə 1949-cu ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə professor adını almışdır.

İsrafil Səttarzadənin elmi tədqiqatları üzvi çöküntülərin çevrilməsindən neftin optiki fəallığının əmələ gəlməsi nəzəriyyəsinin işlənib hazırlanmasına və elmi cəhətdən onun əsaslandırılmasına aiddir. O, uzvi aləmin neft mənşəli məhsullara çevrilməsində bentonit gillərin katalitik rolunu aşkara çıxarmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 115 elmi əsərdə ümumiləşdirilmişdir.

İ. Səttarzadənin rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır.

İsrafil Səttarzadə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. O, həm də D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomunu almışdır.[1]

  1. Bakı Dövlət Universitetinin professorları. - Bakı, 2014