İsrail–Laos münasibətləri

İsrail–Laos münasibətləriİsrail Respublikası ilə Laos Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

İsrail–Laos münasibətləri
İsrail və Laos
 İsrail  Laos

İki ölkə arasında münasibətlər 1955-ci ildə Cenevrə konfransından sonra, krallığın İsrail hökumətini tanıdıqdan sonra qurulur. Laos Krallığı 1955-ci ilin aprelində Bandunq konfransından sonra İsrail ilə diplomatik münasibətlər quran ilk Asiya dövləti olur[1]

İsrailin Laosda səfirliyi yoxdur. İsrail dövlətinin Vyetnamın Hanoy şəhərində akkreditə olunmuş səfiri biləvastə Laosund səfiri sayılır[2].

1954-cü il Cenevrə konfransından sonra İsrail hökuməti Laos və Kambocanın müstəqilliyini tanımaq qərarına gəldi. Bu 13 fevral 1954-cü ildə baş verir. İsrailin Vaşinqtondakı səfirliyi Laosun ABŞ-də tanıdığını elan edir[3]. İlk dövlət səfəri 1956-cı ildə, İsrailin Yanqonda olan elçisi Yaakov Şimoni iki ölkə arasında diplomatik əlaqələrin qurulması məsələsini müzakirə etmək üçün Laosa səfər edir. Həmin il İsrail Xarici İşlər Naziri Moşe Şaretin Laos səfəri zamanı mədələ həll edilr. 12 fevral 1957-ci ildə Yaakov Şimoni Laosda qeyri-rezident elçi olaraq etimadnaməsini təqdim edirref name="tri">שה יגר, המסע הארוך לאסיה, 2004, עמ' 219</ref>. Laosun Parisdəki səfiri İsrailə qeyri-rezident səfir təyin edilir. Bununla belə Laosun Fransadakı səfiri etimadnaməsini İsrail Dövlətinin Prezidentinə təqdim etməsi illər sonra baş tutur.

1964-cü ilin iyulunda ölkələr arasında diplomatik münasibətlər səfirliklər səviyyəsinə qaldırılır. Birincisi İsrailin Laosda akkreditə olunmuş səfiri Banqkokda yerləşir. 1971-1993-cü illər arasında bu postu İsrailin Pnompendəki səfirliyti icra edir.

Laosun İsraildəki ilk səfiri, 1959-cu ildə Fransaya səfir təyin edilən keçmiş baş nazir Şahzadə Suvanne Fuma olur. O, etimadnaməsini Prezident İsak Ben-Sviyə 1960-cı il yanvarın 11-də təqdim edir. Elə həmin ilin avqustunda Fuma Fransadan vətəninə çağrılır. Buna səbəb isə daxili problemlər olur. O, bu səbəbdən yenidən kabinetə rəhbərlik etməyə başlayır. Laos Xarici İşlər Nazirliyinin nümayəndələri Fumaya İsraildə hələ də qeyri-rezident səfir olması barədə məlumat vermirlər. Laosun Baş naziri eyni zamanda ölkəsinin İsraildəki nümayəndəsi olmağa davam edirdi. Laos Parisə başqa bir səfir göndərmir. Bu dövrdə iki ölkə arasındakı münasibətləri dondurulur.

Laosda vətəndaş müharibəsinin güclənməsi və bir sıra qarşıdurmaların baş verməsi ilə 1962-ci ilin iyun ayında Fumanın rəhbərliyi ilə milli birlik hökuməti qurulur. Bu hadisələr fonunda növbəti Cenevrə Konfransı 2 iyul 1964-cü ildə təşkil olunur. Konfransın sonunda Laosun xarici siyasətində neytrallığına zəmanət verən beynəlxalq müqavilə imzalanmışdır[4]. İki ölkə arasındakı əlaqə 1964-cü ilin ortalarında bərpa edildi. İyunun 29-da Laos hökumətindən İsrailin Banqkokdakı səfirliyində bir məktub gəldi. Krallıq ikitərəfli əlaqələrin səviyyəsini səfirliklər səviyyəsinə qaldırmağa razı olduğunu elan etdi. Qərar 1 iyul 1964-cü ildə Qüdsdə və eyni zamanda Laosun özündə nəşr edildi[4]

1976-cı ildə kommunistlər hakimiyyətə gəldikdən sonra İsrail və Laos arasındakı münasibətlərə son qoyuldu (eyni səbəblərdən Seylon, Kamboca və Cənubi Vyetnamla əlaqələr o vaxt kəsildi)[5].

Münasibətlərin bərpası

[redaktə | mənbəni redaktə et]

Münasibətlər yalnız 6 dekabr 1993-cü ildə bərpa edildi. İsrailin Vyetnamdakı səfiri etimadnaməsini 4 may 1994-cü ildə təqdim edir[6]. Laos Xarici İşlər Naziri həmin ilin 24-29 avqust tarixlərində İsrailə rəsmi səfər edir[7]. O, müxtəlif beynəlxalq təşkilatlarda ölkəsinin səsvermə xəttinə (çox vaxt dost olmayan İsrailə) yenidən baxacağını və İsrail də öz növbəsində Laosa lazım olduqda istənilən növ yardım edəcəyini vəd etdi. Səfər zamanı iqtisadi və texniki əməkdaşlıq haqqında saziş də imzalanmışdır.

1990-cı illərin sonlarında Laos nümayəndə heyəti və rəsmiləri demək olar ki, hər il İsrailə səfər edirdilər[8][9].

  1. Israel and Kingdom of Laos to Establish Diplomatic Relations Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine, JTA
  2. "הרפובליקה העממית הדמוקרטית של לאוס". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-01.
  3. שה יגר, המסע הארוך לאסיה, 2004, עמ' 218
  4. 1 2 שמעוני על מנהל מע"ר: «יחסי ישראל עם ארצות אסיה», 12 ביולי 1964
  5. Benyamin Neuberger: Israel’s Relations with the Third World (1948—2008). Research Paper No. 5. October 2009. Tel-Aviv University.
  6. המלוכה בלאוס בוטלה על ידי ארגון «פאת'ט לאו» כאשר השתלט על המדינה
  7. משה יגר, המסע הארוך לאסיה, 2004, עמ' 220
  8. שנתון המסמכים הרשמיים 1996, עמ' 490
  9. שנתון המסכים הרשמיים 1999, עמודים 378, 401, 403, 428