İsrail–Səudiyyə Ərəbistanı münasibətləri — hazırda rəsmi diplomatik münasibətləri yoxdur. Bununla belə, xəbər agentlikləri tez-tez diplomatik və kəşfiyyat istiqamətlərində iki ölkə arasındakı pərdəarxası əməkdaşlıqdan danışırlar[1][2][3].
İsrail–Səudiyyə Ərəbistanı münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Ərəb Dövlətləri Liqasının qurucu üzvü olan Səudiyyə Ərəbistanı, fələstinlilərin öz dövlətlərini rəşkil etmək hüquqlarını dəstəklədi və İsrail qoşunlarının 1967-ci ildən bəri işğal etdiyi İordan çayının qərb sahillərindən çıxarılmasına çağırdı. Son illərdə Səudiyyə Ərəbistanı İsrail ilə danışıqlarda taktikasını dəyişdirdi. Ərəb ölkələri ilə barışıq müqabilində İsraili 1967-ci ilin iyununda işğal edilmiş əraziləri azad etməyə dəvət etdi. O vaxtkı vəliəhd Abdullah 2002-ci ildə İsrailin geri çəkilməsinə əsaslanan çoxtərəfli sülh təklifini genişləndirdi. Lakin bu dövrdə İsrail təklifə cavab vermədi. 2007-ci ildə Səudiyyə Ərəbistanı Ərəb-İsrail münaqişəsinin sülh yolu ilə həllini yenidən dəstəklədi.
Səudiyyə Ərəbistanı Fələstin ərəblərinin İsrailə köçməsinə, Qüdsün bölünməsinə imkan verəcək tam bir siyasi həll yoluna icazə verməyəcəklərini söyləyən Kamp David Sazişlərini rədd etdi. Misirin ərəb dövlətlətinin İsraillə separat müqavilkənin imzalanmasıəna cavab olaraq Səudiyyə Ərəbistanı və bütün ərəb dövlətləri onunla diplomatik əlaqələri kəsdi və Misirə yardımı dondurdu. Səudiyyə Ərəbistanı və Misir münasibətləri yalnız 1987-ci ildə bərpa edildi. Səudiyyə Ərəbistanının hazırda İsrail ilə rəsmi diplomatik əlaqələri yoxdur. 2005-ci ildə Səudiyyə Ərəbistanı Ümumdünya Ticarət Təşkilatına üzv olduğu üçün İsrailə qarşı iqtisadi və siyasi boykotunun başa çatdığını elan etdi (bu təşkilatın qaydalarına görə iştirakçılardan biri digərinə tamamilə boykot tətbiq edə bilməz). Ancaq Səudiyyə Ərəbistanının boykotu tamamilə ləğv edilmədi[4][5][6]. Bununla birlikdə Səudiyyə Ərəbistanı ABŞ-nin müttəfiqi İsrail ilə güclü və dəstəkləyici təmaslara sahib olduğunu qəbul edir.
2018-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanı İsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sistemini əldə etmək istəyini ifadə etdi[7]. Elə həmin ilin sentyabrında KİV (Əl-Xalic qəzeti, Birləşmiş Ərəb Əmirlikləri) Krallığın yəmənli husilərə qarşı sərhədlərini qorumaq üçün ABŞ vasitəçiliyi ilə İsrailin Dəmir Qübbə raketdən müdafiə sistemini satın aldığını bildirdi. İsrail əvvəlcə anlaşmaya qarşı çıxdı, lakin ABŞ satılan batareyaların İsrailin özünə və müttəfiqlərinə qarşı istifadə edilməyəcəyinə təminat verdi[8].
2018-ci ilin oktyabr ayında İsrail Baş Qərargah rəisi general-leytenant Qadi Ayzenkot ABŞ-yə səfər etdi və Baş Qərargah Rəislərinin ekstremist təşkilatlarla mübarizəyə həsr olunmuş konfransında iştirak etdi. Ayzenkot həmkarları ilə, habelə hərbçilərlə "İran təhdidini" müzakirə etdiyi Səudiyyə Ərəbistanı Baş Qərargah rəisi Fayad bin Hamed ar-Ruvayli ilə danışıqlar apardı[9].
2018-ci ilin noyabr ayında Al Xalic portalı (BƏƏ) İsrail tərəfindən Səudiyyə Ərəbistanına 250 milyon dollar məbləğində casus texnikanın satılması ilə bağlı bir mesaj yaydı Sayt diplomatik mənbələrə istinad edir və iddia edir ki, bəzi avadanlıqlar səudiyyəli mütəxəssislər hazırlandıqdan sonra təhvil verilib[10].
22 mart 2018-ci il tarixində Hindistanın “Air India” aviakompaniyasının təyyarələri Səudiyyə Ərəbistanının hava məkanı vasitəsilə onun tanımadığı bir ölkə olan İsrailə ilk uçuşunu etdi. Təyyarə Dehli - Təl-Əviv marşrutu üzrə uçuş həyata keçirdi. Bundan əvvəl Səudiyyə hakimiyyəti İsrail təyyarələrinin Krallığın hava məkanlarından istifadəsini qadağan etdiyi üçün birbaşa uçuşları Ərəbistan yarımadası ətrafında uçmaq məcburiyyətində qalan «El-Al» Hava Yolları həyata keçirirdi. Beləliklə Hindistan hava yollarının bu uçuşu havada olma müddətini 9 saatdan 7 saata endirdi[11].
İsrail milli daşıyıcısı El Al ICAO-ya Səudiyyə Ərəbistanının hava məkanından istifadə edərək Hindistana birbaşa uçmaq üçün Səudiyyə orqanlarından icazə verməsini istədi[12].