İsrail Aerokosmik Sənayesi (ivr. התעשייה האווירית לישראל, ha-ta'asiya ha-avirit le-yisra'el) və ya qısa adı ilə IAI (תע"א) — İsrailin həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısıdır. 2013-cü il məlumatına əsasən şirkətin 16,000 nəfər əməkdaşı var. IAI şirkətinin bütün səhmləri İsrail dövlətinə məxsusdur.
İsrail Aerokosmik Sənayesi | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Dövlət şirkəti |
Sənaye | silah sənayesi[d] |
Məhsulları | Mülki və hərbi təyinatlı aviasiya avadanlıqları |
Təsis tarixi | 1953 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲ 3.83 milyard $ |
Xalis mənfəəti | ▲ 27 milyon $ |
Əməliyyat mənfəəti | ▲ 571 milyard $ |
Struktur | |
İşçi sayı | 16,000 |
Tərəfdaşlar | Elta[d] |
Rəhbərlik | |
Təsisçi | |
www.iai.co.il | |
Vikianbarda əlaqəli mediafayllar |
IAI mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur.
IAI-nin əsas istiqaməti aviasiya və kosmik sənaye olmasına baxmayaraq, şirkət, həmçinin quru və dəniz qüvvələri üçün də müxtəlif hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Bu məhsullar xüsusilə İsrail Silahlı Qüvvələrinin ehtiyacını ödəmək məqsədilə hazırlansa da, bəzi xarici ölkələrə də ixrac edilir.