İsrailin işğal etdiyi ərazilər

2018 (2018) tarixinə olan məlumata əsasən, İsrailin və İsrail tərəfindən işğal olunmuş ərazilərin statusunu göstərən xəritə.

İsrailin işğal etdiyi ərazilərİsrailin 1967-ci il Altıgünlük müharibədən bəri işğal etdiyi Fələstin əraziləriniColan təpələri üçün istifadə edilən ifadə. Əvvəllər Sinay yarımadasınıLivanın cənubunu da işğal etmişdir. Altıgünlük müharibədə İsrailin qələbəsindən əvvəl Fələstin ərazilərinin işğalı Misirİordaniya arasında bölünmüş, birincisi Qəzza zolağını, ikincisi isə İordan çayının qərb sahilini ilhaq etmişdir. Sinay yarımadası və Colan təpələri müvafiq olaraq Misir və Suriyanın suverenliyi altında idi. "İşğal edilmiş" və "ərazilər" terminləri İsraillə bağlı ilk dəfə Altıgünlük Müharibədən sonra hazırlanmış Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 242 saylı Qətnaməsində birgə formada istifadə edilmişdir. Burada qeyd edilmişdir: "Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması aşağıdakı hər iki prinsipin tətbiqi ilə" əldə ediləcək: "İsrail Silahlı Qüvvələrinin son münaqişədə işğal olunmuş ərazilərdən çıxarılması; Bütün iddialara və ya döyüş vəziyyətlərinə xitam verilməsi və bu ərazidəki hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə və onların təhlükəsiz və tanınmış sərhədlər daxilində təhdidlərdən və ya güc aktlarından azad şəkildə sülh şəraitində yaşamaq hüququna hörmət edilməsi və tanınması".

İsrail 2005-ci ildə Qəzzə zolağından birtərəfli qaydada ayrılmışdır. BMT və bir sıra insan hüquqları təşkilatları İsraili Qəzzə zolağının blokadasına görə işğalçı dövlət hesab etməkdə davam edir.[1][2][3][4] İsrail bu xarakteristikanı rədd edir.[5] 24 sentyabr 2021-ci ildə BMT Baş Assambleyası qarşısında çıxış edən FMİ Prezidenti Mahmud Abbas İsrailə Fələstin əraziləri üzərindəki hərbi işğalına son qoyması üçün bir illik ultimatum vermiş və bunu etməməsinin nəticə verəcəyini bildirmişdir. O, ultimatumun icra olunmaması halında Fələstinin 1993-cü ildə qəbul etdiyi "İsrailin 1967-ci il sərhədləri əsasında tanınması" bəndini həyata keçirməyəcəyini və məsələnin Beynəlxalq Ədalət Məhkəməsinə çıxaracağını bildirmişdir. Abbas çıxışında İsrailin siyasətini "aparteid" və "etnik təmizləmə" ilə əhatə edən siyasət kimi qiymətləndirmişdir.[6][7]

  1. "SPOKESPERSON's DAILY HIGHLIGHTS". United Nations. 8 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 April 2012.
  2. "Israel/Occupied Palestinian Territories: The conflict in Gaza: A briefing on applicable law, investigations and accountability". Amnesty International. 2009-01-19. 2015-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-05.
  3. "Human Rights Council Special Session on the Occupied Palestinian Territories" Arxiv surəti 15 oktyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-10-15 at the Wayback Machine July 6, 2006; Human Rights Watch considers Gaza still occupied.
  4. Levs, Josh. "Is Gaza 'occupied' territory?". CNN. 2009-01-06. 2009-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-30.
  5. "Ambassador Prosor addresses the UN Security Council". Israel Ministry of Foreign Affairs. 2014-07-18. 2015-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.
  6. "Frustrated Abbas gives Israel ultimatum in harsh UN address." Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine The Washington Post, September 24, 2021.
  7. United Nations General Assembly. "Statement by H.E. Mr. Mahmoud Abbas" (PDF). 24 September 2021. 12 September 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 September 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]