İsrailin kənd təsərrüfatı

Kibuts və Moşav[1] Kənd təsərrüfatı İsrailin ən yüksək inkişaf etmiş sahəsidir. İsrail coğrafiyasının kənd təsərrüfatı üçün əlverişsiz olmağına baxmayaraq, İsrail təzə məhsulların iri ixrazatçısı və kənd təsərrüfatı texnologiyası sahəsində ümumdünya lideridir. İsrail ərazisinin yarıdan çoxu səhranın üstünə düşür, həm iqlim və su çatışmazlığı təsərrüfatın aparılmasına əlverişli deyil. Yalnız 20% torpaqların təbii şəraitdə kənd təsərrüfatının aparılması üçün yararlıdır. Bu gün kənd təsərrüfatı məhsulları ixracından 3,6% və 2,5% ÜDM təşkil edir. İsrailin yalnız işçi qüvvəsinin 3,7% -i kənd təsərrüfatında çalışaraq, yalnız qəhvə, kakao və qənd, taxıl, ət, yağ mədəniyyətini idxal edərək öz tələbatının 95% təmin edir. Müasir kənd təsərrüfatı XIX əsrin sonlarında başlamışdır, bu zaman ilk yəhudi köçkünlər, kənd təsərrüfatı ilə məğul olmaq və torpaq almaq qadağan olduğu ölkələrdən gəlməyə başlamışdılar. Onlar kənd təsərrüfatı üçün yararlı olmayan torpaq alırdılar, hərçənd ki, o, bir çox hallarda meşələrin qırılması üzündən, torpaqların eroziyası və laqeyd münasibətdən belə olublar. Onlar sahələrin təmizlənməsi, terrasların tikilməsi, batalıqların qurutması, meşələrin bərpası, eroziyaya qarşı mübarizə və şorlaşmış torpaqların suvarılması ilə məşğul oldular. 1948-ci ildə müstəqillik elan edildikdən sonra, istifadəyə yararlı torpaqların sayı 1 650 km2 -dən 4 300 km2 -dək artıb, kənd yaşayış məskənlərinin sayı isə 400-dən 725-dək artıb. Kənd təsərrüfatı məhsullarının istehsalı, üç dəfə əhalinin artımı ilə müqayisədə 16 dəfə artıb. Əsas problem su idi. İsraildə yağış, yalnız qışda sentyabr ayından aprel ayına qədər yağır, ölkə ərazisi üzrə qeyri-bərabər şəkildə paylanaraq, şimalda – 2sm, cənubda - 70 sm hündürlüyündə idi. İllik bərpa olunan su ehtiyatları təxminən 160 000 000 m3 təşkil edir, onlardan 75% -i kənd təsərrüfatı ehtiyacları üçün istifadə edilirdi. İsrailin şirin su ehtiyyatlarının böyük hissəsi – su nasos stansiyalarının, su anbarlarının, kanalların su şəbəkələrinin suyu şimaldan cənuba istiqamətləndirmək vəzifəsini icra edən Ümumisrail su kəmərinə daxil olur. Bu gün

Bu gün[redaktə | mənbəni redaktə et]

İsrailin iqtisadiyyatında kənd təsərrüfatının əhəmiyyəti zaman keçdikcə ÜDM payı ilə birlikdə aşağı düşürdü. 1979 – ci ildə ÜDM-un yalnız 6 %, 1985-ci ildə 5,1%, indiki dövrdə 2,5 % - ni təşkil edir. 1995-ci ildə orta sahəsi 13,5 ha olan 43 000 fermer təsərrüfatı var idi. Onlardan 19,8 % - i 1 ha – dan az idi, 75,7 % - i 1 – 9 ha arası, 3,3 % - i 10 – 49 ha arası, 0,4 % - i 50 – 100 ha arası və 0,8 % sahə 200 ha – dan çox idi. 1995 – ci ildə 380 000 istifadəyə yararlı torpaq sahələrinin 20,8 % - i daim istifadə olunurdu və 79,2 % vaxtaşırı istifadə olunurdu. Fermer təsərrüfatına daxil olan 160 000 hektar torpaq kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunmurdu. Kənd təsərrüfatı bitkilərinin becərilməsi şimal sahilboyu düzənliklərdə, Qalileyanın daxili ərazilərində və İordaniya vadisinin yuxarı hissəsində həyata keçirilir. 2006-ci ildə həcmi 2005-ci ildə 3,6% artması ardınca kənd təsərrüfatı məhsullarının istehsalı 0,6% azalıb, halbuki xərcləri nəzərə almadan əmək haqqı 2007-ci ildə 1,2% artıb. 2004 və 2006-ci illər arasında tərəvəz məhsulları, kənd təsərrüfatı məhsullarının ümumi həcminin təxminən 35% - ni təşkil edib. Çiçəklərə təxminən 20%, dənli bitkilərə - 18 %, meyvələr ( sitrus meyvələri istisna olmaqla ) – 15 % , sitrus – təxmini 10 % təşkil edir. 2006-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının 36,7 faizini daxili istehlak üçün, daxili istehsal 33,9%, və birbaşa ixrac üzrə 22% təşkil edib. 2006-ci ildə 16 % dənli, 33 % tərəvəz, 27 % gül, 15,5 % meyvə və sitrus meyvələrinin 9% -i ixraca gedib. Suvarılan uqodiyaların sahəsi 1948 – ci ildə 30 000 ha – dan, bizim günlərdə 190 000 ha qədər artıb . Kənd təsərrüfatı məhsullarının istehsalı 1999 - 2009-ci illər arasında 26% artıb, halbuki sayı kənd təsərrüfatında çalışan 23 500-dən 17 000 nəfərə qədər azalmışdır. Məhsul yetişdirilməsi üçün su sərfi də azalıb, istehsal olunan məhsulun həcminin 26 % artımında, 12% az su istifadə olunur. İsrailin kənd təsərrüfatı müəssisələrinin böyük hissəsi hələ XX əsrin əvvəlindən, kollektiv prinsiplər üzərində qurulub. İsraildə kənd təsərrüfatı deyəndə ağıla iki anlayış gəlir. Bunlardan biri kibutslar digəri isə moşavlardır. 1)İsrailin çöl bölgələrdə qurduğu xüsusi mülkiyyətə əsaslanan kooperativ təsərrüfatlara "moşav" adı verilib. sahibləri gəlirlərini tamamilə kənd təsərrüfatına dayanaraq təmin edirlər. 2)Kollektiv həyat tərzinin olduğu kibutslarda isə xüsusi mülkiyyət yoxdur. Kibutslarda isə kənd təsərrüfatının xaricində yüksək əlavə dəyər təmin edən sənaye istehsalına da rast gəlinir. İsrailin Arava bölgəsində inkişaf etdirdiyi kənd təsərrüfatı texnologiyaları sayəsində, bölgədə hər cür məhsul yetişdirilərkən, torpağın əlverişsiz və iqlimin çöl olması səbəbindən torpağın yalnız üst qismindəki 30 santimetr hissəsində əkin aparmaq mümkündür. Yemiş, qarpız, üzüm, xurma, pomidor, bibər, badımcan və s. yetişdirilən təsərrüfatlarda məhsulların 90 faizi Avropa və Amerika bazarına ixrac edilir. İstehsalın 10 faizi isə daxili bazarda istehlak olunur. İldə 3, bəzən 4 dəfə məhsul alınan təsərrüfatlarda ölkə əhalisinin 4 faizi yaşayarkən, Aravada qurulan 7 təsərrüfatda 3 min 500 insan çalışır. Günəş enerji panellərində istehsal edilən elektrik enerjisi ilə yer altındakı quyulardan çəkilən duzlu sular təmizlənərək kənd təsərrüfatında istifadə edilir. Hər bir günəş enerjisi panelinin gündəlik istehsal etdiyi elektrik enerjisi ilə 3 min litr duzlu su təmizlənir. Kənd təsərrüfatında damcılı suvarma üsulundan istifadə edilir. Bu gün təzə məhsulun 76%-i , həmçinin emal məhsulların xeyli hissəsi moşav və kibutslarda istehsal olunur.

Bitkiçilik[redaktə | mənbəni redaktə et]

İsrailin torpaq və iqlimin müxtəlifliyi sayəsində geniş çeşiddə kənd təsərrüfatı məhsulları yetişdirilə bilər. Ölkədə yetişdirilən dənli bitkiləri qarğıdalı, sorqo, buğda təşkil edir. Onları 215 000 hektarda yetişdirirlər,156 000 ha –nı payızlıq bitkilər təşkil edir. Becərilən meyvələrin sırasında – sitrus meyvələri, avakado, kivi, manqo, quayava. Üzüm İsrailin dəniz sahili düzənliyində yetişdirilir. Pomidor, xiyar, istiot, yunan qabaqları bütün ölkədə yayılmışdır, halbuki yemiş yalnız qış aylarında düzən ərazidə yetişir. Ölkənin subtropik rayonlarda banan və xurmalar yetişdirilir, halbuki şimalında alma, armud və gilas yetişdirir. Bütün ölkədə üzüm bağları tapmaq olar, çünki şərabçılıq dünya miqyasına çatıb. 1997 – ci ildə 107 mln. dollar məbləğində pambığ istehsal edilmişdir, onun böyük hissəsi fyüçers bazarında avansla satılmışdır. Pambıq damcılı suvarma ilə 28 570 hektarda yetişdirilir. Xam pambığın Asiya sortları üçün orta hesabla 5,5 ton məhsul alırlar və Amerika sortları üçün orta hesabla 5 ton məhsul alırlar ki, bu da dünyanın ən yüksək göstəricilərindən hesab olunur.

İsraildə torpaq – mülkiyyət münasibətləri və mülkiyyət formaları[redaktə | mənbəni redaktə et]

Torpaq üzərində kibuts mülkiyyət forması[redaktə | mənbəni redaktə et]

İsrailin kənd təsərrüfatı müəssisələrinin böyük hissəsi hələ XX əsrin əvvəlin-dən kollektivçilik prinsipləri üzərində qurulub. İsraildə kənd təsərrüfatı deyəndə ağıla iki anlayış gəlir. Bunlardan biri kibutslar digəri isə moşavlardır. 1) İsrailin çöl bölgələrdə qurduğu xüsusi mülkiyyətə əsaslanan kooperativ təsərrüfatlara "moşav" adı verilib. sahibləri gəlirlərini tamamilə kənd təsərrüfatına dayanaraq təmin edirlər. 2) Kollektiv həyat tərzinin olduğu kibutslarda isə xüsusi mülkiyyət yoxdur. Kibutslarda isə kənd təsərrüfatının xaricində yüksək əlavə dəyər təmin edən sənaye istehsalına da rast gəlinir. Beləliklə, İsraildə iki tip kənddən bəhs edilə bilər. Bunlar, kooperativ xüsusiyyət daşımayan köhnə tip kəndlər və kooperativ kəndləridir. Köhnə tip kəndlər kənd əhalisinin 50%-ni saxlamaqdadır. Bu kəndlərdə də müxtəlif tiplərdə kooperativlər əhəmiyyətli fəaliyyətlərdə olduğu görünür. İkinci qrup kooperativlər isə kənd xalqının hamısını əhatə edir və üzv olmayanların belə kənd qaydalarına riayət edən kəndlərir. Ümumi olaraq iki tip kooperativ kənd vardır: kibuts və moşav. Kibuts (ivr. ‏קִבּוּץ‏‎; əvvəlcə קְבוּצָה, kvutsa “qrup”, həmçinin kibuts) – İsraildə əmlakın ümumiliyini, əməyin və istehlakın bərabərliyini xarakterizə kənd təsərrüfatı komunnası olub. Dövlət yaranana qədər. Bu ideya A.Qordona güclü təsir göstərib, o səmərəli, ilk növbədə kənd təsərrüfatı əməyinə yəhudi xalqının dirçəlməsinin ruhu kimi baxmışdır. Lakin bu məqsədlərin reallaşdırılması kənd təsərrüfatı istifadəsinə yararlı torpaq sahələrinin olmaması, iqlim və təbii çətinliklər, vəsait azlığı, türk administrasiyasının və qonşuların - ərəblərin düşmənçiliyi, həm də baron E.C. Rotşildin məmurlarının bədxah münasibətləri kimi bir sıra problemlərə rastlaşıb. Bu ağır şəraiti aradan qaldırmaq üçün, yeni həyat tərzini yaratmaq lazım idi, ideoloji vəzifələri yerinə yetirmək üçün isə, iqtisadi fəaliyyətin strukturunu kökündən dəyişmək tələb olunurdu. Kibuts kollektiv mülkiyyət prinsipinə əsaslanan, əmlak və istehsal vasitələri, istehsal və sosial xidmətlərdə, işdə bərabərliyə, muzdlu əməyə imtina kimi, iqtisadi və siyasi maneələrə olduğu kimi, həm də sakinlərin ideoloji sorğularına da cavab olmuşdur. Əsas ifadəçiləri İ.Trumpeldor və Manya Şohat olmuşdur. Kollektiv kənd təsərrüfata əsaslanan ilk yaşayış məskənləri 1909 – cu ildə yaranan – Kvutsa Dqaniya olmuşdur. Birinci Dünya Müharibəsinin sonunda ölkədə ümumilikdə 250 – 300 ibarət olan 8 kənd təsərrüfatı komunnası var idi. 1920 –ci ildə Britaniya hakimiyyətinin bağlı mandat altında olan Fələstində qurulması və İsraildə üçüncü repatriasiyanın başlanğıcı ilə kibuts hərəkatı sürətlə inkişaf etməyə başladı. Rusiyadan və Polşadan gələn çoxsaylı fəallar mövcud və ya, təşkil olunmuş yeni kənd təsərrüfatı, həm də iş komunnasına daxil olmuşdurlar. Onlardan ən böyüyü Qdud ha-‘avoda idi. Kiçik komunnalarla yanaşı, 1920 – ci iri komunnaların da əsası qoyulmuşdur: Beyt – Alfa, Geva ( 1921), Dqaniya – Bet (1920), Kiryat-‘Anavim, Tel – Yosef ( 1921), Hefçi – Ba (1922), Eyn – Harod, Yaqur və başqaları. “ Müqəddəs İsrail Torpağı” – da Britaniyanın hakimiyyəti illərində kənd təsərrüfatı komunnalarının sayı və kollektiv alınmış mənzillərin sayı 176 – ya, əhalisi isə mandat dövrünün sonunda 47,4 min nəfərə ( təxminən 26 min üzvü) çatmışdır. Dövlətin yaranmasında sonra. 1948 – ci ildən yeni kibutsların yaranması bir qədər ləngidi. İcmanın əsas insan ehtiyyatı – Avropalı fəalların məskənləri - II Dünya Müharibəsi dövründə məhv edilmişdir. 1948 – ci ildən “ İsrail Torpaqları” – ndan axışan repatriantlar komunna həyatına meyilli olmayan və kənd təsərrüfatı baxımından vaxtilə onlar tərəfindən yaranan çoxsaylı moşavlara üstünlük verən Holokostda yaşamış əsasən, Asiya , Afrika və Avropa yəhudilərindən ibarət idi. Bununla belə, kibutsarın sayı Avropa və Amerikadan gələn “Gənclər aliyası” hesabına, həm də yerli sakinlərin hesabına artmağa davam edirdi. 1983 – cü ilin siyahıyaalmasına görə, İsraildə təxminən 116 min nəfər yaşayan – 67 min əmək qabiliyyətli və 47 min – i uşaq və qocalar yaşayan 267 kibuts olub. Həmin ildə İsrailin yəhudi əhalisinin təxminən 3 % - ni kibuts sakinləri təşkil edirdi ( dövlətin əsası qoyulana qədər bu göstərici 7% idi). Müxtəlif rayonlarda kibuç şəbəkəsinin şaxələnməsi İsrail dövlətinin yaranmasından əvvəl və sonra sionist hərəkatının əsas məsələlərdən biri olan – yəhudi əhalisinin kənd təsərrüfatı məhsulları ilə təmin edən, yəhudi əkinçi sisteminin yaradılmasında böyük rol oynamışdır. Nisbətən qısa zaman ərzində fəallar qrupu tərəfindən sərhəddən kənar təşkil olunmuş məskənlər qurmuş, yalnız tədris fermalarında (havvot hahşara) hazırlıq keçən yeni sakinlər, inkişaf etmiş ölkələrin təsərrüfatlarının öz səviyyələrini ötməsinə yol verməyən çoxəsrlik əkinçilik ənənələrinə uyğun İsrail Torpaqlarında məhsuldar kənd təsərrüfatı yaratmışlar. Kənd təsərrüfatı məskənləri Ümumdünya Sionist Təşkilatının çox cüzi vəsaiti hesabına yaradılmışdır. İlk illər sakinlər çadırlarda, yaxud baraklarda və zəif rasionla yaşamağa məcbur olmuşlar. Ağır həyat şəraiti, malyariya xəstəliyi ilə daha mürəkkəbləşirdi. Bir çox yerlərdə sürgün olmuş insanlara qonşuların - ərəblərin silahlı hücumların təhlükəsi var idi. Lakin komunnaların birliyi, onların üzvlərinin məqsədyönlülüyü, planlı şəkildə əmək fəaliyyətinin təşkili sayəsində belə fəlakətlər digər kənd məskənlərinə nisbətən ( məsələn, moşavlarda) onlara az ziyan vururdu. Ərəb iğtişaşlarından (1936 –1939 illər) sonra və britaniya administrasiyasının torpaq mülkiyyətçiliyində qoyduğu məhdudiyyətlər, qısa zaman ərzində rayonlarda yəhudi əhalisi olmayan yaşayış məskənlərinin yaranmasına məcburiyyət yaratdı. Kibuts hərəkatı tez inşa olunan u-miqdal (divar və qala) tipli məntəqələrin tikintsində ən aktivi olub. 1936 – 1947 - ci illərdə əhalinin təhlükəsizliyini təmin etmək üçün əksəri kibutslar olan 118 yaşayış məntəqəsi tikilib. Kibuç hərəkatı həm də, 1943 - cü ildə planlı şəkildə məskunlaşmasına qoşulan Neqev əhalisinin ilk kənd təsərrüfatının məskənlərinin əksəriyyətini təşkil edirdi.

Kibuts və onların üzvlərinin sayı[redaktə | mənbəni redaktə et]

  • Ərəb – İsrail müharibəsindən sonra 1949 – cu ildə 50 kibutsun yenidən əsası qoyuldu
Kibutsun növləri[redaktə | mənbəni redaktə et]

Cəmiyyətdə və müxtəlif qanunlarda olan dəyişiklik-lərdən sonra, kibutsların mövcudluğu, onların quruluşu və formalarının İsrailin iqtisadiyyatında iştirakı 2005 – ci ildən bütün kibutslara aşağıdakı 3 statuslardan biri verilmişdir: 1) İcma kibutsu ( ənənəvi forması) 2) Yenilənmiş kibuts ( yalnız qismən ictimailəşdirilmə) 3) Şəhər kibuts

İdeoloji cərəyanlar[redaktə | mənbəni redaktə et]

Bütün kibutslar 3 kibuts cərəyanlarına məxsusdur. Ən kütləvisi ( bütün kibutsların 85%), “Kibuts Hərəkatı” ( ivr. ‏התנועה הקיבוצית‏‎ — “Tnua kibutsit”), müxtəlif ideoloji platformaları ilə Ha – şomer ha-tsair kimi qocaman dünyəvi sionist hərəkatlar bazasında yaranmış bir sıra birləşmələr və ayırmalardan sonra iki kibuts təşkilatları federasiyasını təmsil edir. Daha 19 kibuts sionist – dini “ Ha- kibuts ha – dati ha – poel ha – mizrahi” hərəkatı axınına düşür ( ivr. הקיבוץ הדתי הפועל המזרחי‏‎) və 2 kibuts hərəkatı işçiləri tərəfindən “haredim” “poalei agudat israel” (ivr.‏פועלי אגודת ישראל‏‎) təşkil olunub.

Torpaq üzərində moşav mülkiyyət forması[redaktə | mənbəni redaktə et]

Moşav (ivr. מוֹשָׁב‏‎ - hərfi mənası “ yaşayış məskəni”) – İsraildə kənd yaşayış məntəqələrinin növüdür. Kibutslardan fərqli olaraq moşavlarda müəyyən bir səviyyədə xüsusi mülkiyyət sahib olmaq olur. Hər ailəyə bərabər şəkildə torpaq verilir ki, ailələr bu torpaqlardan alınan kənd təsərrüfatı istehsalından alınan gəlir əsasında özlərini təmin etsinlər. Kənd təsərrüfatı istehsalı sahəsində texnoloji nəaliyyətlər az əmək sərf etməklə, çox qazanc eldə etmək moşavlarda işsizliyə gətirib. Bu gün İsraildə 400 - ə yaxın moşavlar vardır.

Moşavın növləri[redaktə | mənbəni redaktə et]

Əsas moşav növləri “ moşav ovdim” (ivr. מוֹשָׁב עוֹבְדִים‏‎, hərfi mənası “işçilərin yerləşdirilməsi ”) və “ moşav şitufi” – dir ( ivr. מוֹשָׁב שִׁיתּוּפִי‏‎, hərfi mənası “ koorperativ məskunlaşma”) .

Moşavların qurulma ideyası[redaktə | mənbəni redaktə et]

Moşav hərəkatının ideoloqlarına görə o zaman Fələstində olan yəhudi kənd təsərrüfatı məskənlərinin formaları yaxşı məlum idi: moşav – ilk aliyənin kənd təsərrüfatı komunnsı olub, muzdlu əməyə əsaslanır, və kibuts – ikinci aliyanın kənd təsərrüfatı komunnası. Bu formaların heç birini qəbul etməyən moşav yaradıcıları müstəqil kənd təsərrüfatı işini, ailə nizamlanması metodu ilə əhalinin ictimai yaşayış məskənlərini birləşdirən, əhali üzvlərinin bərabərliyi prinsipindən çıxan həm də, onların fərdi seçkilərinə hörmət edən məskunlaşma modelini qurmaq istəyiblər. Moşavların kənd təsərrüfatı kooperasiyası ilə qurulması ideyası moşavların əsas fəaliyyətini nəzərə alaraq – torpaq üzərində mülkiyyət, fərdi kənd təsərrüfatı işi, ailə nizamı, qarşılıqlı yardım, tədarük və marketinq sahəsində kooperasiya - ilk dəfə 1919- cu ildə Eliezera Lipa Yoffenin “İşçilərin məskunlaşması haqqında” ( ivr. ‏ליסוד מושבי עובדים – Le iysud movşey ovdim) broşürasında dəqiqliklə tərtib olunmuşdur. Əsasını qoymaq ideyası həm də, buna bənzər məskunlaşma ərazilərinin təsərrüfat modelinin qurulmasını təsvir edən aqronom İsaak Volkani Elazar (Vilkanski) – nin işlərində öz yerini tapmışdır. Moşavlarda torpaq sahələrini 3 kateqoriyaya bölürlər: 1)Nadel Alef (ivr. ‏'נחלה א‏‎) – moşav üzvünün evi yerləşən torpaq sahəsi. 2)Nadel Bet ( ivr. נחלה ב‏‎‏') – moşav üzvünün kənd təsərrüfatı nadeli. 3)Nadel Himel ( ivr. ‏'נחלה ג‏‎) – ümumi kənd təsərrüfatı nadeli. Bu günə qədər moşav üzvləri arasında torpaq hüquqlarının bölüşdürülməsi üç əsas modelləri var: 1) “ Üçtərəfli saziş ”:İsrail torpaqlarının idarəçiliyi ( ivr. ‏מינהל מקרקעי ישראל), sərəncmında dövlət mülkiyyətində olan torpaqları və “ İsrailin milli fondu” – nun mülkiyyətində olan torpaqları, 3 illik icarəyə verir ( icarə vaxtı bitəndən sonra uzaldıla bilər) İsrail agentliyinin ərazi dairələrinə, bu da öz növbəsində torpaqdan istifadə hüququnu moşava verir, moşav da torpaqda istifadə hüququnu moşav nizamnanəsinə uyğun olaraq moşav üzvlərini pay verir. 2) “ İkitərəfli saziş” (müqavilə münasibətlərinin sxemini asanlaşdırmaq üçün nəzərdə tutulmuş model): İsrailin torpaq idarəçiliyi torpaqdan istifadə hüququnu və ya, icarəsini 3 illik birbaşa moşava verir ( icarə vaxtı bitəndən sonra uzaldıla bilər), moşav da torpaqdan istifadə hüququnu hadellərə verir və ya, moşav üzvlərinin subicarəsinə verir. 3) Əvvəlki modelin təkrarlanmasıyla birbaşa müqavilənin bağlanması prosesi moşav üzvləri və İsrailin Torpaq İdarəsi arasında baş verir. Belə ki, birinci modelin həyata keçirilməsi moşav üzvlərinin torpaq üzərində çox məhduddur. Bu gün moşavlar müqavilə münasibətlərinin 3 – cü modelini həyata keçirmək uğrunda mübarizə aprarırlar. Moşav üzvlərinin varisi torpaq nadelində “ oğul – davamçı” (ivr. ‏בן ממשיך‏‎) olur – nadel sahibinin öhtəliyinə və ya, mirasına uyğun olaraq, nadel alan nadel sahibinin övlanlarından ( və ya nəvələrindən) biri. Moşav ərazisində mənzil tikintisi üçün nəzərdə tutulan, moşav üzvləri olmayan sakinlərin icarəsinə verilməsi nəzərdə tutulan, həm də mövcud ərazinin ölçülərini artırmaq üçün, əlavə ailələrin (ivr. ‏הרחבה‏‎) yerləşdirilməsi üçün, yeni kirayənişin moşav tövsiyyələrini alandan sonra “İsrail Torpaqlarının İdarə Edilməsi” idarəsi ilə öz sahəsini (ivr. ‏הסכם פיתוח‏‎), tikmək haqqında 3 illik müqavilə bağlayır və tikinti uğurlu başa çatdığı təqdirdə, birbaşa sahənin icarəçisi olur. 2009 – cu ildə torpaqların idarə edilməsi ilə bağlı keçirilən islahatlar nəticəsində, dövlət mülkiyyətində olan torpaqların idarə edilməsi, moşavda yaşayış təyinatlı torpaq sahələrinin icarəçiləri, moşavların razılığı ilə bu sahələri özəlləşdirə bilər.

Moşav ovdim[redaktə | mənbəni redaktə et]

Rəsmi olaraq “ moşav ovdim” özündə “ayrıca məskunlaşma ərazisini təşkil kənd təsərrüfatı koorperatividir, məqsədi onun üzvlərinin kooperativin nizamnaməsinə uyğun olaraq məskunlaşdığı ictimai həyatı təchizat sahəsində əməkdaşlığı saxlamaqdır”. Klassik formada “ moşav ovdim” özündə moşav üzvləri individual şəkildə torpaqdan istifadə edərkən aşağıdakı prinsiplərə riayət edir:  Kənd təsərrüfatının təyinatı  Milli (Dövlət və ya milli təşkilatların əlində) torpaq mülkiyyəti  Muzdlu əməyin ixtisarında, ailə nizamı əsasında moşav üzvlərinin müstəqil əməyi  Qarşılıqlı yardım  Tədarük və marketinq sahəsində kooperasiya  Daxili idarəetmənin demokratik forması İsraildəki moşavların əksəriyyəti “moşav ovdim” tipindədir. Zaman keçdikcə moşavların əksəriyyəti istər – istəməz fundamental prinsiplərdən geri çəkildilər, və bu gün moşav əhalisinin böyük hissəsi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmur. Eyni zamanda moşavların əksəriyyətinin aqrar sektoru muzdlu əmək əsasında formalaşır – xüsusilə də xarici işçilərin işində.

Moşav şitufi[redaktə | mənbəni redaktə et]

Moşav şitufi rəsmi olaraq " özündə ayrı - ayrı yaşayış əraziləri, kooperativ mülkiyyət əsasında birləşmiş istehsal vasitələri , satış prosesi və ümumi mülkiyyət, istehsal prosesinin ictimailəşməsi və tərbiyəsi, istehlakda bərabərlik olan məskunlaşma koorperatividir”. Klassik formada moşav şitufi - əməyin ictimailəşməsi və torpaq üzərində kollektiv mülkiyyət, moşav üzvlərinə ayrıca torpaq sahələrinin təqdim edilməsi əvəzinə istehsal vasitələri əsasında formalaşıb. Digər tərəfdən belə bir moşavda (kibutsdan fərqli olaraq) istehlakda bölünmələr saxlanılır, ailə üzvləri gəlir və gündəlik həyatlarına sərəncam vermək hüququna malikdirlər.

  1. <ref>İsrailin Kənd Təsərrüfatı