İsrailin on iki qəbiləsi (ivr. שִׁבְטֵי־יִשְׂרָאֵל, Šīḇṭēy Yīsrāʾēl; mənası – "İsrailin qəbilələri") — yəhudi müqəddəs kitablarına görə, Bibliyada adı çəkilən, İsrail kimi də tanınan patriarx Yaqubun nəslinin davamçıları arvadları Ləya və Rəhilədən, kənizləri Bəlhə və Zülfədən olan on iki oğlunun qurduğu, birlikdə İsrail xalqını təşkil edən qəbilələr. Müasir elmdə İsrailin on iki qəbiləsinin tarixən mövcud olub-olmamasına şübhə ilə yanaşılır. Onlara görə, 12 rəqəmindən istifadənin milli yaradılış mifinin bir hissəsi kimi simvolik bir ənənəni ifadə etməsi ehtimalı daha yüksəkdir.
İsrail övladları Bibliya patriarxı Yaqubun on iki oğlunun nəslindən gəlirdilər. Yaqubun ən azı bir qızı var idi – Dinə, lakin onun nəslinin davamçıları qəbilə kimi tanınmırdı. Yaqubun oğulları Fəddan-Aramda müxtəlif analardan dünyaya gəlmişdir. Onlar:[1]
"Qanunun təkrarı 27:12–13"də on iki qəbilənin adları hallanır:
"Yuşə 13-19"a əsasən, İsrail torpağı İsrailin on iki qəbiləsinə uyğun olaraq on iki hissəyə bölünmüşdü. Bununla belə, torpaq alan qəbilələr Bibliyadakı qəbilələrdən fərqlənirdi. Lavi qəbiləsinin torpaq mülkiyyəti yox idi, lakin onların idarəsi altında altı sığınacaq şəhəri və Yerusəlim məbədi var idi. Yusif qəbiləsi üçün torpaq sahəsi yox idi, lakin Yusifin iki oğlu Əfraim və Mənəssə atalarının torpaq payını almışdılar.[2][3]
Quranda Musanın qövmünün on iki qəbiləyə bölündüyü bildirilir. Əraf surəsinin 160-cı ayəsində yazılmışdır (Əlixan Musayevin tərcüməsi):[4]
Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: "Əsanla daşa vur!" – deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, (özlərinə də:) "Sizə ruzi kimi verdiyimiz pak şeylər-dən yeyin!" (– dedik.) Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər. |