İstanbul Medipol Universiteti (türk. İstanbul Medipol Üniversitesi) — İstanbulda yerləşən özəl Türkiyə universiteti. 2009-cu ildə Türkiyə Təhsil, Sağlamlıq və Araşdırma Vəqfi tərəfindən təsis edilib.[3] Vəqfin təsisçisi Türkiyənin hazırkı səhiyyə naziri Fəxrəddin Kocadır.[3]
İstanbul Medipol Universiteti | |
---|---|
İstanbul Medipol Üniversitesi[1] | |
41°05′17″ şm. e. 29°05′18″ ş. u.HGYO | |
Əsası qoyulub | 7 iyul 2009[2] |
Tələbə sayı | 37.051 |
Ölkə | |
Sayt | medipol.edu.tr |
Universitet 12 fakültə, 5 institut və 4 peşə məktəbindən ibarətdir. Universitetdə qeydiyyatdan keçən 46988 tələbə təhsil alır. Bakalavr pilləsində təhsil alanların sayı 30855 nəfər, magistratura pilləsində təhsil alanların sayı isə 1206 nəfərdir. Subbakalavr tələbələrinin sayı 14112, xarici tələbələrin sayı isə 10610 nəfərdir. Universitetdə 1379 akademik dərs deyir, 2590 inzibati heyət çalışır.[4]
İstanbul Medipol Universiteti 2009-cu il iyulun 7-də Medipolitan Təhsil və Sağlamlıq Vəqfi (indiki Türkiyə Təhsil, Sağlamlıq və Araşdırma Vəqfi) tərəfindən təsis edilib və vəqf universiteti kimi publik hüquqi şəxs statusu alıb.[5]
İstanbul Medipol Universiteti Hüquq Fakültəsi 2015-ci ildə Avropanın hüquq fakültələrinin iştirakı ilə hüquq təhsili ilə bağlı bir çox məsələlərin müzakirə edildiyi beynəlxalq platforma olan Avropa Hüquq Fakültələri Birliyinə üzv olub.[6][7]
Universitet 2023-cü ildə Birləşmiş Millətlər Təşkilatının Akademik İmpakt təşəbbüsünə (UNAI) üzv seçilib.[8]
Universitetdə sosial, mədəni, elmi və özəl sahələrdə fəaliyyət göstərən 100 fəal tələbə klubu mövcuddur.[9]
İstanbul Medipol Universitetinin Kavacık Kuzey, Kavacık Güney, Haliç və Bağcılar kampuslarında kitabxanaları mövcuddur. 2024-cü ilə olan məlumata görə, kitabxanalar 88571 çap olunmuş kitab, 126 çap olunmuş jurnal, 434 tezis, 785918 elektron kitab, 65562 elektron jurnal, 40 məlumat bazası və 632 DVD kolleksiyasına malikdir.[10] Kitabxanada 1950-ci ildən əvvəlki dövrlərə aid 38 kitabdan ibarət nadir kolleksiya var.[11]