İstehlak Mallarının Ekspertizası Mərkəzi


“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC — ödənişli yolla, ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların həyata keçirilməsini və nəticələrini təsdiq edən sənədlərin verilməsini təmin edən təşkilatdır.

İstehlak Mallarının Ekspertizası Mərkəzi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 27 aprel 2007
Tabelik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
Ünvan Azərbaycan Respublikası, AZ 1010, Bakı şəhəri, Səbail rayonu, Ə.Xaqani küçəsi 82

Rəsmi saytı ekspertiza.az

Haqqında[redaktə | mənbəni redaktə et]

27 aprel 2007-ci il tarixində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “Yeyinti Məhsullarının Keyfiyyəti və Təhlükəsizliyi Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb.

11 aprel 2008-ci il tarixində qurumun adı dəyişdirilərək İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “İstehlak Mallarının Ekspertizası Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb.

17 aprel 2012-ci il tarixdə Cəmiyyətin adı yenidən dəyişdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-cı il tarixli 1382 nömrəli Fərmanının 10-cu bəndinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib.

Fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Mərkəz) əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.

Malın mənşə ölkəsi, ixrac olunan mallara münasibətdə tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin (bundan sonra - Sifarişçi) müraciəti əsasında verilir.

Malın mənşə ölkəsi müvafiq ekspertizaların nəticələri əsasında müəyyən olunur. Belə ekspertizalar Mərkəz tərəfindən yerinə yetirilir və ekspertizaların nəticələri əsasında Mərkəz tərəfindən “Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə Ekspertiza aktı” tərtib olunur və rəsmiləşdirilir.

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinə görə Sifarişçilərdən Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən müəyyən olunmuş məbləğdə xidmət haqqı alınır.

Mərkəz “Bir Pəncərə” prinsipi əsasında Uyğunluq Sertifikatlarının əldə edilməsi üzrə xidmət göstərir. Mərkəzin vasitəçiliyi ilə Uyğunluq Sertifikatlarını etibarlı və səmərəli əsaslarla, müəyyən hallarda yerlərdə əlavə ekspertizaların keçirilməsi zərurətinin aradan qalxması nəticəsində operativ şəkildə əldə edilir.


Regional bölmələr[redaktə | mənbəni redaktə et]

İstehlak Mallarının Ekspertizası Mərkəzinin region bölmələri

İstehlak Mallarının Ekspertizası Mərkəzinin 6 regional bölməsi fəaliyyət göstərir:

- Abşeron regional bölməsi

- Gəncə-Qazax regional bölməsi

- Şəki-Zaqatala regional bölməsi

- Lənkəran regional bölməsi

- Quba-Xaçmaz regional bölməsi

- Aran regional bölməsi

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

1. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilməyi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-cı il tarixli 1382 nömrəli Fərmanı;

2. Azərbaycan Respublikasının 2020-ci il 31 may tarixli 115-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “2020-ci il 25 fevral tarixli Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”;

3. Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların mənşə ölkəsinin təyin edilməsi Qaydası”;

4. Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 30 noyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları”;

5. “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları”;

7. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 1046 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “20 noyabr 2009-cu il tarixli Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş”;

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2012-ci il 25 aprel tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”;

9. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2015-ci il 28 oktyabr tarixli 11 nömrəli Qərarı.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]