İstehsalat

Lotus avtomobillərinin yığılma sexi

İstehsalat və ya İstehsal — hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsinfiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir.

Ümumi anlayış

[redaktə | mənbəni redaktə et]

Istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həm də xammaldan hazır məhsul istehsal edilir. Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur..

Müasir istehsalat

[redaktə | mənbəni redaktə et]

Müasir istehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır. Bir sıra hallarda "istehsalat" və "istehsal" terminləri eyni anlamda işlənir. Baxmayaraq ki, "istehsalat" termini məhsul buraxılışının təşkilini, "istehsal" termini isə prosesi əhatə edir. İstehsalat çox sıx şəkildə mühəndis elmləri və menecerliklə bağlıdır. Onlardakı yeniliklər istehsalın daha səmərəli təşkilinə və xərclərin azalmasına səbəb olur. Son dövrlərdə reklamla yanaşı dizayn məsələsi də böyük əhəmiyyət daşımağa başlamışdır.

İstehsalatın müasir intelletktual icra sistemləri

[redaktə | mənbəni redaktə et]

Müəssisənin idarə olunmasının avtomatlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Bu paraqrafda müəssisənin idarə olunmasının avtomatlaşdırılması ilə əlaqədar bir sıra məsələlər nəzərdən keçirilmişdir. Əsas fikir o sistemlərin yaradılmasına ayrılmışdır ki, onların köməyi ilə maliyyə, tədarükün – alış - verişin idarəsi kimi proseslər avtomatlaşdırılır. Bu avtomatlaşdırmanın müxtəlif aspektlərinə: müəssisənin modellərinin qurulmasına, sistemin həyati dövrünün yazılışına, müəssisənin idarə olunmasının avtomatlaşdırılması prosesinin planlaşdırılmasına və idarəsinə, sistemlərin seçilməsi problemlərinə fikir verilir. Eyni zamanda müəssisənin idarə olunması sisteminə müasir yanaşma, son vaxtlar geniş yayılmış MRP, MRPP, ERP və APS konsepsiyaları, eləcə də bu sistemlərdə tətbiq olunan əsas riyazi - iqtisadi metodlar şərh olunur. Müəssisənin idarəolunması prosesinin avtomatlaşdırılması son dərəcə mürəkkəb məsələdir və onun həlli zamanı aşağıdakı problemlər üzə çıxır:

  • müəssisənin vəziyyətini xarakterizə edən hansı parametrləri ölçmək lazımdır(nəzərə alınır);
  • planlaşdırma və idarəetmə məsələlərinin həlli üçün ierarxik modellər yığımından hansı daha əlverişlidir;
  • hansı məqsədlər üçün və hansı yolla riyazi – iqtisadi metodları daha effektiv qəbul etmək olar;
  • layihə idarə metodlarından necə istifadə etmək olar.

İstehsalatın idarə olunmasının optimallaşdırılması və yuxarıda göstərilən problemlərin həllinin mümkünlüyü məqsədi ilə hələ keçən əsrin 60 – cı illərin ortalarında Amerika istehsalatın və ehtiyatların idarə olunması cəmiyyəti (APİCS) bir sıra prinsiplər formalaşdırılıb. Bunlarında əsasında müəssisənin modelinin qurulması və onda gedən əsas istehsalat prosesləri təklif olunur. Bu prinsiplər ilk dəfə olaraq materialların idarə olunması məsələlərinin həlləri üçün tətbiq edilərək MRP (Material Requirements Planinq – ehtiyat materialların planlaşdırılması) konsepsiyası adını almışdır. Bunun da əsas vəziyyətləri aşağıdakılardır:

  • istehsalat prosesinin modeli qarşılıqlı əlaqəli sifarişlərin axını kimi təsvir edilir;
  • istehsalat dövriyyələrinin və ehtiyatlarının minimumlaşdırılması təmin edilir;
  • təchizat sifarişləri və istehsalat, reallaşdırılan sifarişlərin, eləcə də istehsalat cizgilərinin əsasında formalaşdırılır;
  • sifarişlərin hərəkəti iqtisadi göstəricilərlə əlaqələndirilir;
  • sifarişin yerinə yetirilməsi onun hazır olduğu ana qədər sona çatdırılır.

Sonralar bu gedişatın digər proseslərə və ya fəaliyyət növlərinə tətbiqi nəticəsində MRPP, ERP və s. konsepsiyalar meydana çıxmışdır. MRP, MRPP və ERP metodları və yanaşmaları anlayışların və proseslərin formalaşdırılmış toplumudur. Bunların köməyi ilə müəssisənin işini təsvir etmək olar. Onların son dərəcə konstruktiv xarakteri olur, yəni onları təlimatlar (alqoritm) toplumu kimi qəbul etmək olar: verilənləri və materialları bu şəkildə ora ötürür, oradakı yerinə yetirilən əməliyyat haqqında yazılış edilir və s. Onlar intuitiv olaraq hər bir idarəçiyə və ya maneəçiyə aydındır. Onların əsas qiyməti aşağıdakı kimidir:

  • onlar real olaraq işlənib müəssisələrin fəaliyyətinin analizinin nəticəsində yaranmışdır;
  • onların inkişafı təkamüllə baş vermişdir, belə ki, növbəti konsepsiya əvvəlkini udmuşdur;
  • onlar öz effektivliklərini sübut etmişlər;
  • onlar müəssisənin bütün fəaliyyətini tamlıqla əhatə edir.

Müəssisənin avtomatlaşdırılmasının dünəni və bu günü

[redaktə | mənbəni redaktə et]

Bu gün bilinmir ki, müasir texnoloji proseslərin avtomatlaşdırmasının müəyyən mərhələlər ilə xarakterizə olunması qanuna uyğunluqdur yoxsa təsadüfüdür. Çünki zəmanəmizdə ideoloji, təşkilati və texniki planda ciddi dəyişiklər getməkdə-dir. Sifarişçilərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir, avtomatlaşdırılmış sistemlərə qarşı qoyulan tələblər formalaşır, prinsipcə yeni texnologiyalar meydana çıxır, avtomatlaşdırma sistemlərində liderlik roluna iddiaçıların sayı artır və s. Hazırkı dövrə qədər sənaye müəssisələrinin avtomatlaşdırmasının üç tipik səviyyəsi – AİS (idarəetmə, maliyyə - təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmış sistemləri) ayrıca və bir – birindən asılı olmayan şəkildə inkişaf etmişdir. Onlar müəssisənin müxtəlif bölmələrinin tələblərinə və müxtəlif «oyun qaydaları» – na uyğun olaraq layihələndirilmiş və yaradılmışdır. Əvvəllər, onlar vahid bir məqsədə və müəssisələrə fiziki, eləcə də informasiya baxımından çox zəif, əksər hallarda isə tamamilə bağlı deyildilər. Bundan əlavə bu sistemlərdən hər biri ənənəvi olaraq öz daxili qanunlarına görə qurulurdular. Buna görə də onlar praktiki olaraq bir – biri ilə öz ara¬larında ünsiyyətdə olmurdular, necə deyərlər bir –birini başa düşmədən müxtəlif dillərdə danışırdılar. Vəziyyət onunla daha da çətinləşirdi ki, əksər hallarda bu sistemlər müxtəlif cihazlar, proqramlar və informasiya standartları əsasında reallaşdırılırdı. Belə bir şəraitlər də müəssisənin rəhbərlərini çox çətin seçim qarşısında qoyurdu - avtomatlaşdırmanı nədən başlamalı? AİS – dən, ALS – dən yoxsa TP AİS – dən, hansı standartlara həvalə etmək, kimə qulaq asmaq? Təbiidir ki, qeyri – müəyyənlik və məhdud ehtiyatlar şəraitində əksəriyyət optimal qərar tapa bilmirdi. Məcburiyyət qarşısında özlərinə belə suallar verirdilər avtomatlaşdırmanın bu sahələrinə başlamaq lazımdırmı və sonda praktiki olaraq hamı bunu qəbul edirdi və bunların əksəriyyətində də, təəccüblü olsa da eyni nəticələr alınırdı. Deyilənlərə baxmayaraq yaradılmış yeni texnologiyalardan və materiallardan istifadə etmək lazımdır ki, bu çatışmamazlığı aradan götürmək mümkün olsun. Bəs bu gün avtomatlaşdırmanın inkişafında müəyyən edilmiş yeni ənənələrə nələr aiddir. Birincisi, biznes – (AİS), layihələndirmə - (ALS), və istehsalat – texnoloji (TP AİS) kimi müxtəlif avtomatlaşdırma səviyyələrinin məntiqi və informasiya baxımından bir – birinə nüfuz etməsi daha çox qabarıq şəkildə meydana çıxmaqdadır. Bu sistemlərin bir – birinə belə inteqrasiyası avtomatlaşdırmaya real istehsalat gücü olmasına və operator – texnoloqdan başlamış yuxarı səviyyə rəhbərlərinə kimi tamlıqla müəssisəni əhatə etməyə imkan verir. Müəssisə vahiddir və ancaq bir informasiya məkanında fəaliyyət göstərməlidir, ancaq bu halda firmaların maliyyə - təsərrüfat və istehsalat fəaliyyətinin optimal, eləcə də operativ idarə olunmasına imkanlar yaranır.

ERP ilə TP AİS arasındakı funksional uyğunsuzluq

[redaktə | mənbəni redaktə et]

MAİS – in sənaye müəssisələrində yaradılması zamanı meydana çıxan çoxsaylı problemlərdən biri də ERP sisteminin tətbiqi zamanı yaranan bəzi uyğunsuzluqlardır. ERP sisteminin tətbiqi ilə yanaşı MAİS – in yaradılmasında, biznes – proseslərinin avtomatlaşdırılması və informasiyalaşdırılması, bununla yanaşı əsas istehsalat proseslərinin və səviyyəsinin ehtiyatlarının idarəsi müəssisələrinin avtomatlaşdırılmasının təxirə salınması (əhəmiyyət verilməməsi) günün tələblərinə artıq cavab vermir və müəyyən problemlərin həllini ortaya qoyur. Lakin ciddi (məqsədli) yanaşma nəticəsində sənaye müəssisə-lərinin inteqrallanmış MAİS – nin yaradılması bu problemi aradan götürmüşdür. Baxmayaraq ki, sənaye müəssisələrinin satış bazarı informasiya texnologiyalarının müasir dinamikası ilə uzlaşa bilmir. Təcrübənin göstərdiyi kimi ERP sistem sinfinin tətbiqinin uğurlu faizi maliyyə, inzibati və alış – veriş təşkilatlarında sənaye ilə müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Lakin bu heçdə o demək deyil ki, strateji plan üçün götürülmüş məqsəd (tez – tez dəyişən bazar şəraitlərində effektiv istehsalata çatmaq) informasiyalaşdırma və kompüter avtomatlaşdırılması vasitəsi ilə bu məqsədə çatmaq üçün götürülmüş kurs düzgün deyil. Göründüyü kimi uğursuzluğun səbəbi templərin, metodların adekvatlılıqları və sənaye müəssisələrinin hazırlıq səviyyəsidir. Müasir informasiya texnologiyalarının dinamiki inkişafı konservantiv istehsalat bazarı üçün anlaşılmazdır. Həqiqətən qısa bir aralıq müddətində MAİS – in tətbiqi məqsədi koleydoskopik tezliklə dəyişmişdir: əvvəlcə müəssisənin inzibati – maliyyə idarəsinin effektivliyinin yüksəldilməsinə, sonra isə müəssisənin ehtiyatlarının idarə olunmasına, son vaxtlar isə elektron biznes texnologiyasının tətbiqinə və intellektual müəssisənin yaradılmasına istiqamət götürülmüşdür. Eyni zamanda MAİS – in bazarında praktiki olaraq eyni vaxtda nəyinki potensial istehlakçılar, hətta ixtisasçılar tərəfin-dən izlənməsi mürəkkəb bir məsələ olan çoxlu sayda məhsullar buraxılmışdır. İdarəetmə sinfi «yenicə görünmüş möcüzəli məhsulu» öyrənməmiş və adını yadda saxlanmamış onu əvəzləyən yenisi meydana gəlmişdir. Eyni zamanda, müəssisənin ehtiyatlarının idarə edilməsinin avtomatlaşdırılması avadanlıqları və sistemləri (ERP, MKPП), informasiya sistemlərinin idarəsi (Open, View). Bilgilərin idarəsi (Knowledge Managment), məhsulun həyati dövrünün idarəsi (CALS, PDM) və s. bir sırada gündəmdə idi. Müəssisə rəhbərləri bütün bu müxtəlif adlardan, təkliflərdən bu və ya digər sistemin məqsədinin nə olduğundan və onun həll edə biləcəyi məsələnin onun təşkilatı üçün nə dərəcədə aktual olmasından baş çıxarmaq halında deyildirlər. Vəziyyət bu məhsulların tətbiqi prosesinin uzadıcı və ötürücü ciddi problemləri ilə daha çox mürəkkəbləşirdi. Belə ki, B2B (Busines to busines), e – manufakturing, e – busines, SCM (tədarükün zəncirvari idarəsi) və s. kimi yeni terminlər ilə əlaqədar mənfi emosiyalar toplanırdı. Amma bu etapın belə ümidsiz nəticələrinə sərf olunan vaxt boş yerə olmamışdır. Hər şeydən əvvəl bu obyektiv və lazım olan inkişaf etapı olmuşdur və bunun müsbət sonluğu (yekunu) toplanmış təcrübə və məqsəd eləcə də üsul-ların dəqiqləşdirilməsinin lazım olması bir daha dərk edilmiş-dir. İndiki prosesin bütün iştirakçılarına bu yarışda fasilə etmək, ətrafa nəzər salmaq (bir daha arxaya baxmaq), analiz aparmaq və yaxın gələcək üçün öz müqəddaratını təyin etmək lazımdır. O, isə hər şeyə görə mühakimə edərək məsələnin daha dəqiq qoyuluşunu (yanılmamaq məqsədi ilə), gələcək irəliləyişin vektorunun daha dəqiq təyini üçün keçirilən yolu təftiş etməyi, irəliyə sıçrayış etməyə imkan verən arxaya geri çəkiməyi tələb edir. Bütün deyilənləri nəzərə almaqla bir daha ERP – sisteminə olan ümüdün özünü nə üçün doğrultmadı sualına cavab verək: aydındır ki, istehsalat üçün cavabdeh olan ERP – sistem modulunun son növbədə həyata keçirilməsi (əgər iş ümumiyyətlə bu həddə çatırsa) faktı tamamilə təsadüfi deyil. Bu hər şeydən əvvəl onunla əlaqələndirilməlidir ki, ofis sistemlərini digər texnologiyalarla, real vaxtla, fiziki proseslərlə və parametrlərlə inteqrallamaq lazımdır. Burada adi kompüterlərin və verilənlərin əl ilə daxil edilməsinin əvəzinə avtomatik informasiya mənbələri ilə iş görmək lazımdır: vericilərlə, kontrollerlərlə, SCADA – paketlərlə, informasiyanı real vaxtda qeyd etmək və işlətmək mümkündür. Əks təqdirdə qaytarılması mümkün olmayan itgilər baş verə bilər. Bundan əlavə informasiya Ethernet ofis şəbəkələri ilə qoşulmanı tələb edən Modbus, Profibus tipli xüsusi sənaye şinləri ilə ötürülür. Burada dövr edən informasiyanın məna kəsb edən qiymətinin də həmçinin sanki işə heç bir aidiyyatı da yoxdur. Elə bilki, burada dövr edən informasiyanın da mənaca qiymətinin işə heç bir aidiyyaatı yoxdur. Bu bir qayda olaraq maliyyə və ya əmtəə avadanlıqlarına görə yox təzyiqə, temperatura, fiziki ehtiyatların (buxarın, istiliyin, yanacağın, elektrik enerjisinin və s.) sərfinə görə verilənlərdir. ERP uğuru üçün mühasibatda canlı pulun, anbarda xammalın və komplektləşdirici, eləcə də hazır məhsulu nəzərə alınmasının, sayılmasının çox vacıb olduğuna inandırmaq daha asan sadə məsələdir. Bütün bunlarla yanaşı hazır məhsulun alınması prosesində istehsalatın bütün səviyyələrinin rəhbər işçilər məlumat verirlər ki, plan yerinə yetiriləcək. Planın yerinə yetirilməsi müddətinə az qalmış problemlərdən danışmağa başlayırlar və bu müddətin sonunda müəssisənin rəhbərinə məruzə edirlər ki, plan prinsipcə yerinə yetirilmədi. Belə ki, istehsalat fondları aşınıb, avtomatlaşdırma dayanıb, presləyici işə çıxmayıb və s.

  Bütün bunların hamısı heç də istehsalat rəhbərlərinin yaxşı təşkilatçı, bacarıqlı menecment olmamaları üzündən baş vermir. İş ondadır ki, onların öz  problemlərini həll etmələri üçün faktiki situasiyanı da nəzərə almaqla istehsalat proseslərinin operativ idarəsi mütləq lazımdır. Hansı ki, bunlar da indiki şəraitlərdə əhəmiyyətli və tez – tez dəyişiklərə meyllidir. Belə sistemsiz istehsalatın idarəsini çoxlu sayda cari problemlərin fonunda səsvermənin köməyi və şəxsi intuisiyaya ilə idarə etmək lazım gəlir.
  Nəyi olar və nə lazımdır? İstehsalat prosesinin nəzarətini və idarəsini təmin etmək üçün heç olmasa iki məsələni həll etmək lazımdır:
  • birincisi, öhdəsində istehsalat ehtiyatları olan, eləcə də texnoloji proseslərin cari vəziyyətinə operativ və obyektiv nəzarəti təmin edən «ölçmə» sistemini yaratmaq lazımdır;
  • ikincisi isə istehsalat proseslərini və ehtiyatlarını idarə edən adekvant alətin olması lazımdır.
  İstehsalatın idarəsinin yüksək effektliyi üçün seçilmiş ölçmə və idarə avadanlıq-larının, uyğun keyfiyyəti təmin olunmalı istehsalat informasiyaları, idarə məqsəd funksiyasının idarə sisteminə adekvatlığı, əlbəttə qəbul edilmiş idarəetmə qərarlarının keyfiyyətli olması təmin edilməlidir. Bu faktorlardan hər hansı birindən imtina sonda idarənin effektliyini qaçılmaz həddə gətirib çıxara bilər. Təbiidir ki, bunların hamısı MAİS – in digər elementlərinə aid edilə bilər, lakin istehsalat səviyyəsi üçün belə yanaşma xüsusilə aktualdır.  
  Əsasən bu halda idarə qərarları qəbul etmək üçün lazım olan və kifayət qədər keyfiyyətli informasiya almaq olar. Bu informasiyanın keyfiyyət göstəriciləri isə onun operativliyi və obyektivliyidir:
  1. Operativlik imkan verir: istehsalatın məhdud və problemli yerlərini vaxtında üzə çıxartmaqla prosesə operativ təsir göstərmək imkanını təmin etmək; istehsalat avadanlıqlarının yüklənməsinə və texniki vəziyyətinə real vaxt rejimində nəzarət etmək; istehsalatın əsas göstəriciləri olan normativ parametrlərə görə yox, onların real cari vəziyyətinə görə idarə etmək
  2. Obyektivlik təmin edir: istehsalat proseslərini onların obyektiv analizi əsasında optimallaşdırmaq; istehsalat göstəricilərini, məhsuldarlığı, məhsulun keyfiyyətini, maya dəyərini verilmiş qiymətlərdə saxlamaq; hesaba alınma məsələlərinin həlli zamanı insan faktorunu kənarlaşdırmaq.
  Göstərilən bütün məsələlərin həlli istehsalatın effektiv-liyini yüksəltmək üçün ən çox aktualdır və onlara ancaq istehsalat icra sistemlərinin MES – sistemin köməyi ilə həll etmək olar. Hazırkı vaxtda bu sistemlər (ERP, TP AİS) istehsalatın icra sistemlərində (MES – manufakturing Execution Systems) sistemində mövqeləşdirilmiş və istehsalatın operativ planlaş-dırılması və idarəsi məsələlərinin informasiyalaşdırılmasına, istehsalat proseslərinin və ehtiyatlarının optimallaşdırılmasına, minimum xərc sərf etməklə istehsalat planlarının nəzarətinə və dispeçerləşdirilməsinə istiqamətləndirilmişdir. ERP – sistemində olduğu kimi MES – sistem sinfində də rəsmiləşdirilmiş metodologiyanın işlənməsi mərhələsi və istehsalat sisteminin verilmiş sinfinin tətbiqi baş verir.
  MES – sistemin əsas funksiyaları, qeyd edildiyi kimi müəssisənin planlaşdırma, iqtisadi təsərrüfat funksiyalarını yerinə yetirən ERP sistemindən fərqli olaraq avtomatik layihələndirmənin, proqramlaşdırmanın (CAD/CAM) və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminin (TP AİS) birgə toplumu kimi təyin edilir. MESA – assosiatsiyası MES – in əsas 11 funksiyasını müəyyən etmişdir və bunlar aşağıdakılardır:
  1. Ehtiyatların vəziyyətinə və paylanmasına nəzarət (RAS). MES sistemin bu funksionallığı istehsalatın ehtiyatlarının (maşınların, instrumental avadanlıqların, iş metodikaları, materialların, avadanlıqların) və digər obyektlərin. Məsələn: hər bir istehsalat əməliyyatının yerinə yetirilməsi ardıcıllığı haqqında sənədlərin idarəsini təmin edir. Bu funksiyalar çərçivəsind ehtiyatların tarixi dəqiq olaraq təsvir edilir, istehsalat prosesində avadanlıqların düzgün sazlanmasına qarantiya verilir, eləcə də real vaxt rejimində avadanlıqların vəziyyəti izlənilir;
  2. Operativ/ətraflı planlaşdırma (ODS). Bu funksiya, konkret məhsul növünün prioritetlərinə, atributlarına, xarakteristikalarına və xassələrinə əsaslanmış işinin operativ və ətraflı planlaşdırılmasını təmin edir, eləcə də konkret növbənin işi zamanı avadanlıqların yüklənməsini ətraflı və optimal hesablayır;
  3. İstehsalatın dispetçerləşdirilməsi (DPU). Əməliyyatların yerinə yetirilməsini. Avadanlıqların və insanların məşğuliyyətlərini, sifarişlərin, həcmlərin, partiyaların yerinə yetirilməsini izləyərək istehsalat prosesinin cari monitorinqi və dispetçerləşdirilməsini təmin edir. Real vaxt rejimində plana uyğun olaraq işlərin yerinə yetirilməsinə nəzarət edir. Real vaxt rejimində baş vermiş bütün dəyişikliklər izlənir və sexin planına müəyyən korrektirovkalar daxil edilir;
  4. Sənədlərin idarəsi (DOS). Təlimatları və iş normativlərinin, yerinə yetirilmə üsullarını, cizgilərini, standart əməliyyatın proseduralarını, hissələrin işlənməsi proqramlarını, partiya məhsulun yazılışı, texniki dəyişikliklər haqqında məlumatları, informasiyanın növbədən–növbəyə ötürülməsini də müşayət etməklə (nəzərə almaqla) buraxılan məhsulun məzmununa və ötürülməsinə (qət edilməsini) nəzarət edir, plan eləcə də hesabat sex sənədlərinin aparılması imkanlarını təmin edir. İnformasiyaların arxivləşdirilməsi də nəzərdə tutulur;
  5. Verilənlərin yığımı və saxlanması (DCA). Bu funksiyalar müəssisənin istehsalat mühitində dövr edən texnoloji və idarəedici verilənlərin alınması, toplanması və ötürülməsi üçün müxtəlif alt sistemlərin qarşılıqlı informasiya mübadilərini təmin edir. İstehsalatın gedişatı haqqında verilənlər ya işçi personal tərəfindən əl ilə ya da avtomatik olaraq verilmiş periodlarla TP AİS – dən, ya da ki, birbaşa istehsalat xətlərindən daxil edilir;
  6. İşçi personalın idarəsi (LM). İşçi personal haqqında verilmiş tapşırığa əsasən vaxtaşırı informasiya təqdim edir və bura iş vaxtı və iştirak etməsi haqqında hesabatlar, iş yerində setifikatlaşmaya uyğunluğun izlənməsi, eləcə də işçi personalın əsas, əlavə və uyğunlaşdırılmış vəzifələrini hesaba və nəzərə almaq imkanları daxildir ki, bunlar da əsasən hazırlıq əməliyyatlarının, iş zonalarının genişləndirilməsinin yerinə yetirilməsi üçündür;
  7. Məhsulun keyfiyyətinin idarə olunması (QM). Keyfiyyətə lazımi nəzarətin təmin edərək və kritik nöqtələr-dəki diqqəti artıraraq real vaxt rejimində məhsulun keyfiyyəti haqqında istehsalat səviyyələtindən başlanmış ölçmələrin verilənlərini təqdim edir. Korrelyasiya asılılıqlarının və nəzarət olunan hadisələrin səbəbiyyat – istintaq əlaqələrinin statiki verilənlərinin analizi əsasında verilmiş kritik nöqtədə situasiyanı düzəltmək üzrə təsirlər göstərilməsini təklif edə bilər;
  8. İstehsalat proseslərinin idarəsi (PM). Verilmiş istehsalat prosesini izləyir, eləcə də avtomatik olaraq korreksiya daxil edir və ya cari işləri düzəltmək və ya keyfiyyətini yüksəltmək üçün operatora uyğun həllər təklif edir;
  9. İstehsalat fondlarının idarə olunması (MM), (texniki xidmət). Bütün istehsalat prosesi ərzində texniki xidmət prosesinin, istehsalat və texnoloji avadanlıqların eləcə də alətlərin planlı və operativ təmirinin saxlanması;
  10. Məhsulun tarixinin izlənməsi (PTG). Verilmiş məhsulla işin harda hansı ardıcıllıqla aparılması haqqında informasiya təqdim edir. Bu informasiya isə özündə aşağıdakıları birləşdirir: bu növ məhsulla işləyən işçi personal haqqında hesabat, məhsulun komponentləri, tədarükçüdən alınan materiallar, partiya (məhsulun), seriya sayı, istehsalatın cari şərti, qoyulmuş normalara uyğunsuzluq, məmulatın individual texnoloji pasportu;
  11. Məhsuldarlığın analizi (AA). İstehsalat əməliyyat-ların real nəticələri haqqında hesabatlar təqdim edir, eləcə də əvvəlki və gözlənilən nəticələrlə müqayisə aparır. Təqdim edilmiş hesabatlar aşağıdakıları əhatə edir: ehtiyatların istifadəsi, olan ehtiyatlar, istehsalat ehtiyatının dövrü vaxtı, plana uyğunluq, standartlar və başqaları ölçmələr. İstehsalatın idarəsi sistemi təsərrüfat - biznes əməliyyatlarına köklənmiş ERP – sistemi ilə tədarük quyuluşu dövriyyəsinin planlaşdırılması, istehsalat səviyyələri və real vaxt miqyasındakı fəaliyyət göstərən sistemlər arasındakı əlaqələndirici bir manqadır. MES – in bəzi funksiyaları öz aralarında bir – birini ötüb keçən sistemlərdə müqayisədə onları müəyyən dərəcədə üstələyir. Onların üstünlük dərəcəsi konkret qoyulmuş məsələdən, sahənin növündən və sistemin reallaşdırılmasının üstünlüyündən asılıdır:
  Qərbdə MES – sistemindən istifadə göz qabağındadır və müəssisənin kompleks avtomatlaşdırılmasına qərar verildikdə eyni zamanda idarəetmənin üç qarşılıqlı əlaqəli səviyyələrinin həlli axtarılır: TP AİS, MES və ERP.
  MES – sistemlərində reallaşdırılan funksiyalar ERP – sistemlərindəki idarə metodlarının oxşarıdır, lakin fərq ondan ibarətdir ki,bu sistemdə proses həm digər vaxt rejimlərində, həm də digər nəzarət və idarə obyektlərində aparılır. MES istehsalat səviyyəsinin avtomatlaşdırılmış icra sistemidir və ERP – sisteminin funksiyalarına əlavə olunan, eləcə də bunu genişləndirən bir sıra imkanları təqdim edir.
  Bu sistem faktiki olaraq bütün texnoloji verilənlərdən istifadə etməklə müəssisənin bütün istehsalat fəaliyyətini real vaxt rejimində saxlayır. Bundan əlavə MES – sistemləri cari istehsalat göstəriciləri haqqında verilənləri formalaşdırır. Hansı ki, bunlar ERP – sisteminin fəaliyyəti üçün çox vacibdir. Beləliklə, MES – sistemi maliyyə - təsərrüfat əməliyyatlarına istiqamətləndirilmiş səviyyəsi ilə müəssisənin operativ istehsalat fəaliyyəti arasında əlaqələndirici bir manqadır. 
  Buradan da belə nəticə çıxarmaq olar ki, sənaye müəssisəsinin inteqrallanmış – avtomatlaşdırılmış idarəetmə sisteminin üç qarşılıqlı əlaqədə olan idarə səviyyələrini şəkildəki kimi təsvir etmək olar. 
  Bu zaman hər bir səviyyə öz əsas idarə funksiyasını aşağıdakı kimi yerinə yetirir:
  • müəssisənin idarə olunmasının yuxarı səviyyəsi (inzibati təsərrüfat) strateji məsələləri həll etməklə yanaşı, həm də ERP sistemin uyğun olaraq istehsalatın saxlanması funksiyalarının müəyyən bir hissəsini (uzunmüddətli planlaşdırma və miqyas-da, illik, rüblük, aylıq miqyasında strateji idarə) və tam müəssisə miqyasında ehtiyatların idarəsini təmin edir;
  • idarənin orta səviyyəsi (istehsalat səviyyəsi) istehsalat prosesinin operativ idarə olunması məsələlərini həll edir, uyğun avtomatlaşdırılmış sistem isə ehtiyatların (xammal, enerji daşıyıcıları, istehsalat avadanlıqları, personalı) effektiv istifadəsini və eləcə də plan tapşırıqlarının (növbə, gündəlik, dekada, aylıq) optimal icrasını sahə, sex, müəssisə səviyyə-sində təmin edir;
  • texnoloji idarənin aşağı səviyyəsi isə texnoloji prosesin idarə olunmasının klassik məsələlərini həll edir.

Müəssisənin idarə konturlarının vahid, rasional orqanizm şəklində reallaşdırılması

[redaktə | mənbəni redaktə et]
  Qeyd etmək lazımdır ki, istehsalat səviyyəsində (isteh-salatın, sexin, istehsalat səviyyəsinin, texnoloqun, istismar xidmətinin rəisinə və s.) idarə funksiyasının müəyyən bir hissə-sinin ERP sistemindən MES – sisteminə ötürülməsi nəticəsində tamlıqla müəssisənin idarə konturlarının vahid, rasional, orqanizm şəklində idarə olmasının fəaliyyətinə səbəb olur.
  Bu zaman hər bir idarə konturu, bu konturda dövr edən informasiyanın intensivlik səviyyəsi, özünün vaxt miqyası və funksiyalar yığımı ilə xarakterizə olunur:
  • TP AİS səviyyəsinin idarə konturu (texnoloji) informasiya həcmi baxımından ən intensiv və reaksiya vaxtına görə ən sərtdir (reaksiya vaxtı saniyə və hətta milli saniyədir). TP AİS – SCADA sistemlərinin təbəqəsinin yuxarı səviyyəsində böyük sayda texnoloji parametrlərin toplanması və işlənməsi baş verir. MES – səviyyəsi üçün ilkin verilənlərin informasiya bazası yaradılır;
  • MES səviyyəsinin idarə konturu (operativ istehsalat) TP AİS – dən və istehsalatın digər xidmətlərindən (təchizat, texniki kömək, plan – istehsalat və s.) daxil olan və artıq filtrdən keçilirmiş eləcə də işlənmiş informasiyalara söykənir. Burada informasiya axınlarının intensivliyi aşağıdır və verilmiş istehsalat göstəricilərinin (məhsulun keyfiyyəti, məhsuldarlıq, enerji təchizatı, maya dəyər və s.) optimallaşdırılması məsələ-ləri ilə əlaqədardır. İdarə dövrlərinin tipik vaxtını dəqiqə, saat, növbə və gün təşkil edir. Bu idarə konturunda istehsalatın operativ idarəsi öz işini baş menec¬mentdən də kökündən bilən və istehsalat situasiyalarından mükəmməl baş çıxaran (istesalat sexlərinin sahələrinin rəhbərləri, baş texnoloq, energetik mexanik və s.) ixtisasçılar tərəfindən yerinə yetirilir. Bununla əlaqədar olaraq keyfiyyət və effektivlik yuxarıdan göndərilmiş səlahiyyətli nümayəndənin qərarı sərhədlərində yüksəlməlidir.

ERP səviyyəsinin idarə konturu (strateji) bu halda istehsalatın operativ məsələlərindən azad edilir və müəssisənin tamlıqla biznes – proseslərinin saxlanmasını təmin edir. İstehsalat blokundan gələn informasiya axını minimum olur. bunlar isə əsasən tipik nəzarət vaxtı (dekada, ay, kvartal) ERP standartları üzrə hesabat informasiyalarından, eləcə də müəssisənin baş menecmentinin təcili qarışmasını tələb edən həyəcan siqnallarından ibarət olur. Görünür ki, praktiki olaraq istənilən müəssisənin kompleks avtomatlaşdırılması zamanı MES funksiyalarının bu və ya digər yığımının avtomatlaşdırma avadanlıqları ilə yerini doldurmağa ehtiyacı olur. hansı məhsullarla bu reallaşdırılır bu başqa məsələdir və burada müxtəlif variantlar ola bilər. Bəzi hallarda inteqrallanmış MES – sistemi tətbiq edilə bilər, bəzən də bu funksiyalar ERP funksionallığının bu və ya digər çərçivələrində reallaşdırıla bilər. eyni zamanda mümkündür ki, bu və ya digər MES – funksiyasını reallaşdırılan avtonom məhsullardan istifadə edilsin. Verilmiş müəssisə üçün MES –məhsulun konkret yığımı onun spesifikasını və imkanlarını nəzərə almaqla adətən MES – konsolnitq üzrə firmalar və MES – layihə çərçivəsində sistem inteqratorlar təklif edirlər.

  Qeyd edək ki, idarəetmənin bütün səviyyələrinin tez və hər yerdə avtomatlaşdırılmasına bir o qədər də ehtiyac duyulmur. Mümkündür ki, müəssisənin avtomatlaşdırılması etapla, bəzi hallarda isə MES – sistemi səviyyəsində idarəni məhdudlaşdırmaqla onun yerini müəssisənin inzibatı-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasını hesabat sənədləri ilə doldurmaq olar.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar MES – sistemlərə və MES – məhsullar sinfinə olan diqqətin gücləndirməsi sadəcə olaraq moda deyil, bu sənaye müəssisələrinin effektivliyini və rentabelliyini yüksəltmək üçün təlabatlardır və əlavə imkanlardır. Aşağıdakı səbəblər bunlara sübut ola bilər:

  1. MES – funksiyasının klassifikasiyası, onların, sənaye müəssisəsinin təşkilati strukturunu da nəzərə almaqla istehsalatın effektivliyinin yüksəldilməsinə verilmiş real vaxt rejimində çatmağın dəqiq istiqamətini müəyyən edir. Bu funksiyaların geniş yığımı və bazarda, sənayenin müxtəlif sahələri üçün bu funksiyaları reallaşdıran kifayət qədər çeşidlərin və ayrı – ayrı məhsulların olması, verilmiş müəssisənin istehsalatının konkret növünü, səviyyəsini və həcmini hesaba alan inteqrallanmış sistemin yaradılmasına imkan verir;
  2. MES – sistemləri bir qayda olaraq bir tərəfdən TP AİS – in fiziki verilənlər səviyyəsinin mənbələri ilə, proqramlaş-dırılmış məntiqi kontrolllerlə - PMK, SCADA sistemləri ilə və real vaxt verilənlər bazası ilə, digər tərəfdən isə ERP – sistemləri ilə artıq inteqrallanmışdır və bütün bunlar hamısı müəssisənin idarə və informasiya vertikallarının bütün səviyyələrinin «tikişsiz» inteqrasiyasını təmin edir;
  3. MES metodologiyasının tətbiqi, istehsalat müəssisəsinin yenidən ciddi təşkilini tələb etmir və kokret məhsula sazlanmayıb, əksinə verilmiş müəssisənin istehsalatının konkret məsələlərini həll edən məhsulların optimal yığımının seçilməsinə əsaslanır. Qərb ekspertlərinin rəyinə görə istehsalatın idarə olunması sisteminin tətbiqi, həm təşkilati – təsərrüfat, həm də texniki nöqteyi nəzərdən biznesin ümumi strategiyasının reallaşdırılmasının lazım olan mərhələsidir. Bu sistemlər istehsalat müəssisəsinin rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas elementlərindən biri olmağa və idarənin istehsalat, eləcə də inzibati səviyyələri arasındakı kəsilməni aradan qaldırmağa qadirdir. İstehsalatın idarə olunması sisteminin tətbiqi onun işlənməsinə çəkilən xərcin yerini dəfələrlə doldura bilir, rentabelliyini və imkanların gələcək inkişafı üçün olduqca hiss olunan nəticələr verə bilər.

http://anl.az/down/ykitab-2018(1).pdf

Quliyev  Zahid Həsən oğlu.     Texnoloji proseslərin avtomatlaşdırılmasının müasir texniki vasitələri [Mətn]: ali texniki təhsil məktəblərinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" və "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisasları üçün dərs vəsaiti /Z.H.Quliyev, R.Q.Abaszadə; elmi red. O.Z.Əfəndiyev; Azərb. Memarlıq və İnşaat Un-ti, Azərb. Dövlət Dəniz Akad. Bib-ID. vtls000564306.- Bakı: [AzMİU], 2016.- 295, [1] s.: şək., cədv          2016/2418   http://web2.anl.az:81/el/q/q.php

  1. Quluyev Z.H., Abaszadə R.Q. «Texnoloji proseslərin avtomatlaşdırılmasının müasir texniki vasitələri», Dərs vəsaiti, 2016 – cı il, 304 səh.
  1. Friedman, David (2006). "No Light at the End of the Tunnel". Los Angeles Times. New America Foundation. http://www.newamerica.net/publications/articles/2002/no_light_at_the_end_of_the_tunnel Arxivləşdirilib 2007-12-19 at the Wayback Machine. Retrieved 2007-05-12.
  2. Joseph, Keith (1976). "Monetarism Is Not Enough". Center for Policy Studies. Margaret Thatcher Foundation. http://www.margaretthatcher.org/commentary/displaydocument.asp?docid=110796. Retrieved 2007-05-12.
  3. Manufacturing & Investment Around The World: An International Survey Of Factors Affecting Growth & Performance, ISR Publications/Google Books, revised second edition, 2002. ISBN 978-0-906321-25-6.
  4. Bailey, David and Soyoung Kim (June 26, 2009).GE's Immelt says U.S. economy needs industrial renewal.UK Guardian.. Retrieved on June 28, 2009.
  5. Юрий Семёнов. «Производство и общество»
  6. Юрий Семёнов. «Основные и неосновные способы производства»
  7. «Новости производства» Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  8. Производство России Arxivləşdirilib 2010-09-27 at the Wayback Machine