Bu məqaləni vikiləşdirmək lazımdır. |
İnvaziv və ya işğalçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — yeni mühitə introduksiya edilmiş zərərverici növlər üçün istifadə olunan termindir. İnvaziv növlər yaşayış yerlərinə və bioregionlara mənfi təsir edərək ekoloji, iqtisadi ziyan vurur. Termin, həm də qida şəbəkəsində insan dəyişikliklərindən sonra ekosistemə zərər verən yerli növlər üçün də istifadə edilə bilər. 20-ci əsrdən bəri invaziv növlər bütün dünyada ciddi iqtisadi, sosial və ekoloji təhlükəyə çevrilmişdir. Məsələn, Azərbaycanda Amerika yenotu, nutriya kimi işğalçı növlər (sonradan ölkəyə gətirilən) vardır.