İstilik balansı

Yer səthindəatmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır.[1]

İstilik balansı

[redaktə | mənbəni redaktə et]

Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur:

                              B=LE+V+P
  • B — radiasiya balansı
  • LE — buxarlanmaya sərf olunan istilik,
  • V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi,
  • P — torpaqda istilik axınıdır

İstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqdaDünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quruokeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.[2]

Radiasiya balansı, Radiasiya

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

YERİN İSTILİK BALANSI

  1. Шихлинский Э.М. Радиационный баланс Азербайджана. Баку,1960.
  2. Q.K.Gül "Meteorologiya və iqlimşünaslıq" BAKI-1960