İsveç imperiyası


İsveç İmperiyası (isv. Stormaktstiden, "Böyük gücün dövrü") 17 və erkən 18-ci əsrlər ərzində Baltik regionunun böyük hissəsinin ərazi olaraq idarə edən Avropanın tarixi böyük gücü.[1] İmperiyanın başlanğıc tarixi Qustav II Adolfun taxta çıxıb hakimiyyəti ələ aldığı 1611-ci il, süqut tarixi isə Şimal müharibəsindən sonra böyük torpaq sahələrini itirdiyi 1721-ci il qəbul edilir.[1]

Tarixi dövlət
İsveç imperiyası
Bayraq Gerb
Bayraq Gerb
1611 — 1721

Dilləri isveç dili
Rəsmi dilləri
Dövlət dini lüteranlıq
Valyuta riksdaler[d]
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1632-ci ildə Qustav Adolfun ölümündən sonra imperiya uzun periodlar ərzində kiçik monarxların regentləri kimi davranan Oksenstierna ailəsi kimi zadəganlar tərəfinən idarə olunmağa başladı. Yüksək zadəganlığın maraqları vahidlik siyasəti ilə ziddiyyət təşkil etdi (yəni, padşahlar və kəndlilər tərəfindən bəyənilən İsveç qəbilələri statusunda ənənəvi bərabərliyi dəstəkləyirdilər). Faktiki ali idarəetmə dövründə əldə edilən ərazilərdə təhkimçilik hüququ ləğv edilmədi və İsveçdə şəxsi mülklərin qurulma tendensiyası da mövcud idi. 1680-ci ilin Böyük Azaltması zadəganların bu səylərinə son verdi və onlardan kraldan əldə etdikləri mülkləri yenidən onun ixtiyarına verməyi tələb etdi. Təhkimçilik hüququ Müqəddəs Roma İmperiyasında və İsveç Estoniyasında qazanılan hökmranlıqlarda qüvvədə qaldı və burada vahidlik siyasətinin sonradan tətbiq edilməsi əldə etdikləri müqavilələr tərəfindən əngəlləndi.

Otuz illik müharibədəki qələbələrdən sonra[2] İsveç İkinci Şimal Döyüşü əsnasında 1658-ci ildə Roskilde müqaviləsi ilə əsas düşməni Danimarkanın zərərsizləşdirilməsiylə böyük güc dövrünün zirvəsinə çatdı.[3] Bu müharibənin gedişatında, sonrakı Skan müharibəsində[4] olduğu kimi, İsveç də imperatorluğunu yalnız ən yaxın müttəfiqi olan Fransanın dəstəyi ilə qoruya bildi.[5] İsveç kralı XI Çarlz imperiyanı möhkəmləndirdi. Lakin süqut dövrü oğlu XII Çarlz Çarlz ilə başladı. İsveçin ilk qələbələrindən sonra Çarlz Rusiyadakı kral müharibəsindən sonra baş verən fəlakətdən əvvəl imperatorluğu bir müddət Travendal sülhü (1700) və Altranştadt müqaviləsi (1706) ilə ayaqda saxladı. Poltava döyüşündə Rusiyanın qələbəsi İsveçin şərqə doğru genişlənməsinə son qoydu və 1718-ci ildə XII Çarlzın ölümünə qədər yalnız çox zəifləmiş və çox kiçik bir ərazisi qalmış ölkəyə çevrilmişdi. İşğal edilmiş kontinental ərazinin son izləri Napoleon müharibələri zamanı itirildi və Finlandiya da 1809-cu ildə Rusiyanın tərkibinə qatıldı.

İsveç tarixi hekayələrində Qustav II AdolfXII Çarlz qəhrəman döyüşçülər olaraq rəvayət edilirlər. İsveç tarix boyunca hərbi böyük güc statusunu qazanmış yeganə Skandinaviya ölkəsidir.

  1. 1 2 Frost, 2000. səh. 133–134
  2. Dumrath, 1911. səh. 203
  3. Hayes, 2002
  4. Dumrath, 1911. səh. 204
  5. Nicklas, Thomas. Macht oder Recht. Frühneuzeitliche Politik im obersächsischen Reichskreis. Stuttgart. 2002. səh. 282. Finanziell völlig von französischen Subsidien abhängig, wollte sich die Großmacht auf tönernen Füßen [...]