İtırqan adası

İtırqan (çuk. Игынран, esk. Сиклюк) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində, Çukot yarımadası sahilində yerləşəir. Materikdən Senyavin boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiya Feferasiyası Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazinə daxildir.

İtırqan adası
çuk. Игынран, esk. Сиклюк
Ümumi məlumatlar
Sahəsi 55 km²
Uzunluğu
  • 13,8 km
Eni 5 km
Hündür nöqtəsi 545 m
Əhalisi 0 nəfər (2010-cu il)
Yerləşməsi
64°36′58″ şm. e. 172°35′36″ q. u.HGYO
Ölkə  Rusiya
Region
  • Çukot Muxtar Dairəsi
Akvatoriya
İtırqan adası xəritədə
İtırqan adası
İtırqan adası
İtırqan adası xəritədə
İtırqan adası
İtırqan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İtırqan adası

Çukot yarımadasının cənub-şərq qutaracağı olan Çukotski burnundan şimalda, materikdən 1,5 km, Arakamçeçen adasından isə 3,8 km aralıda yerlir. Arakamçeçen adası ilə arasında yerləşən boğaz dekabr ayında donur. Boğazın buzdan azad olması iyun ayına təsadüf etsə də, buzun tam əriməsi iyul ayına təsadüf edir. Adanın sahəsi 55 km²-dir. Ada 13,5 km məsafədə uzanır. Onun eni isə 5 km-dir.

Ən hündür nöqtəsi İtırqan dağı 545 metr hündürlüyə sahibdir. Dağ adanın mərkəzində yerləşir. Adada iki elədə böyük olmayan göl vardır: SredneeKamalikax. Adada yerləşən burunlar: Skalistıy, Amyak, Konovak, Tupoy, Ostrıy, Engelyukan (Postels). Ada sahillərində yerləşən buxtalar:Stıqrak, Tuqak.

Çukot dilindən tərcümədə (çuk. Игынран) "canavar ulaması", eskimos dilindən tərcümədə isə (esk. Сиклюк) "ət çuxuru" mənasını verir. Çukotlarda digər bir versiya da vardır. Etqıran tərcümədə "yolun yarısında yaşayış yeri" mənasını verir. Bu onunla əlaqədardır ki, hər zaman qoşqu itləri ilə və ya xizəklə Çaplinodan Yanrakınnota gedənlər İtırqan adasında bir müddət dinclərini alırdılar. Burada istənilən vaxtı dəniz məməlisini ovlamaq mümkün idi. Üstəlik həmoişə ehtiyat ət saxlanılırdı.

İtırqan adası Fyodr Petroviç Litkenin ekspedisiyası zamanı kəşf edilir. 1828-ci ili avqustundfa kəşf edilən ada elə hımin vaxtı xəritəyə salınır.

1940-cı illərə qədər İtırqan adasında eskimoslara aid olan Siklyuk adlı yaşayış məntəqəsi olmuşdur.

Fauna və flora

[redaktə | mənbəni redaktə et]

Burada qayalıqlarda sayları 10 min cütə çatan quş koloniyası yuva qurur. Burada əsasən berinüq qarabatdağı, iri ağbaş qağayı, sakitokean təmizçisi, Sakit okean kütdimdiyi kimi[1] quşlar yayılmışdır.

Adada Çukotun endemiki sayılan Senyavin yovşanı (artemisia senjavinensis) Rusiyanın Qırmızı kitabına daxil edilmişdir[2].

Adada Balina alleyası mövcuddur. Alleya İtırqan dağından qərbdə yerləşir. Bu isə Qədim eskimosların məbədi və ya ibadətgahıdır. Alleya torpaqda Qrenlandiya balinasına məxsus çənə və başdan hazırlanmış bir kompleksdir. Balina alleyası 50–60 ədəd balina başı və 30 ədəd çənədən üstəlik minlərlə xüsusi düzülmüş daşlardan ibarətdir. Alt Punuk dövrünə aid edilir (XIV–XVI əsrlər)[3].

  1. Водно-болотные угодья России. Том 4. Водно-болотные угодья Северо-Востока России (сост. А. В. Андреев). М.: Wetlands International, 2001. 296 с. ISBN 90-5882-986-3
  2. А. А. Коробков. "Красная Книга России". 1981. 2013-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-08.
  3. Арутюнов С. Л., Игорь Ильич Крупник, Членов М. А. 1982. "Китовая Аллея" (Древности островов пролива Сенявина). М.: Наука, 175 с.