Bu məqaləni vikiləşdirmək lazımdır. |
İt ürəyi (rusca:Собачье сердце) — rus yazııçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir.[1] Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Maksim Qorki işə müdaxilə etdi.[2] Roman yazıçının ölümündən təqribən yarım əsr sonraya - 1987-ci ilə qədər rus dilində çap olunmadı.[3] Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur.[4]
İt ürəyi | |
---|---|
rus. Собачье сердце | |
Müəllif | Mixail Bulqakov |
Janrlar | satira, povest[d], elmi fantastika |
Orijinalın dili | rus dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1987 |
Vikianbarda əlaqəli mediafayllar |
Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F.Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır[5]. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür.[6]