İtaliya 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. İtaliyanı müsabiqədə iki müğənni təmsil etmişdir. Franka Raymondi “Aprite le finestre” mahnısı ilə çıxış etmişdir. Tonina Toriyelli isə “Amami se vuoi” mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
1956 Avroviziya Mahnı Müsabiqəsi | ||
---|---|---|
Milli seçim | ||
Ölkə | İtaliya | |
Təmsilçi | Franka Raymondi və Tonina Toriyelli | |
Mahnı | "Aprite le finestre" və | |
Nəticələr | ||
Final nəticəsi | 2 yer, bilinmir xal. |
Sanremo Musiqi Festivalının 1956-cı il buraxılışında altı ifaçı tərəfindən 20 mahnı təqdim edildi, festival iki yarımfinal və final formatında üç gün davam elədi. Yarımfinallar 8 və 9 martda, final isə 10 martda keçirildi. Hər yarımfinalda on mahnı ifa edildi və beşi finala vəsiqə qazandı. Finalda on mahnı daxil oldu.[1][2]
"Aprite le finestre" mahnısı ilə Franka Raymondi festivalın qalibi olmuşdur. İkinci yerin sahibi isə "Amami se vuoi" mahnısı ilə Tonina Toriyelli olmuşdur və onlar Avroviziya musabiqəsində İtaliyanı təqdim etmək hüququ əldə etmişdilər.