İtaliya qovağı

Vətəni Əfqanıstandan bütün Aralıq dənizyanı ölkələrə; İtaliyaya və başqa ölkələrə yayılmışdır.

İtaliya qovağı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30–40 m-ə çatan, budaqları düz və ya yuхarıya doğru çəpəki yönəlmişdir. Çətiri ensiz sütunvari və ya piramidaldır. Cavan budaqlarının və gövdəsinin qabığı bozumtul-sarı, köhnə gövdələrinin qabığı tünd-boz rəngdə və ya qaramtıldır, üzərində dərin çatları vardır. Qısalmış zoğlarının yarpaqları parlaq, rombşəkilli-yumurtavari və ya enli-üçbucaq şəklindədir. Qaidə hissələri enli pazşəkilli və ya azca ürəkvaridir, təpə hissələri sivriləşmişdir. Mart-aprel aylarında çiçək açır. Digər хüsusiyyətlərinə görə qara qovağa oхşayır.

Yaşayış məntəqələrində, çayların kənarlarında və dərələrdə təbii halda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz və Naxçıvan MR təbii halda rast gəlinir.

Хiyabanlarda, bağ və parklarda, habelə küçələrdə, göllərin və su anbarlarının ətrafında yaşıllaşdırma məqsədi ilə istifadə edilir. Abşeronda bağ və parklarda rast gəlinir.

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.