Yeni il İtaliyada (it. Capodanno) — İtaliyada təntənə ilə qeyd olunan bayram.
İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə bir o qədər sərvət gətirə bilər[1]. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.
İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir.
Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti də var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.