İtaliyada koronavirus pandemiyası 2020

İtaliya, Avropada Çinə və oradan birbaşa uçuşları dayandıran ilk ölkə idi. Yanvar ayında Romada qeydə alınan ilk iki hadisədən sonra İtaliya termal skanerlərdən istifadə edərək digər ölkələrdən gələn sərnişinlərin temperaturunu yoxlamağa başladı.

İtaliyada COVID-19 pandemiyası
İlk qarşılaşma 30 yanvar 2020
Statistika
Yoluxma sayı
  • 26.257.548 (1 noyabr 2023)[1]
Ölüm sayı
  • 192.554 (1 noyabr 2023)[2]
Sağalanların sayı
  • 25.902.311 (1 noyabr 2023)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

31 yanvar 2020-ci ildə Romaya gələn iki çinli turistdə SARS-CoV-2 təsdiqləndi.

Fevralın 21-də Lombardiyada COVID-19-a yoluxma ilə bağlı 16 hadisə təsdiqləndi. Fevralın 22-də ölkənin şimal bölgələrində, o cümlədən bir neçə ölümcül hadisə və daha 60 hadisə qeydə alınıb. İtaliyanın şimalındakı on bir bələdiyyə, infeksiya mərkəzi olaraq təyin olundu və karantinə alındı.

Buna baxmayaraq, artıq fevral ayının sonunda İtaliya infeksiyaların sayına görə dünyada ikinci yerə çıxdı (Çin birinci yerdədir).

Fevralın 29-da İtaliyada koronavirusla bağlı 18,500-dən çox sınaq keçirildi. Fevralın 29-da 29 ölüm, 1.128 yoluxma və 50 sağalmış xəstə qeyd edildi.

9 mart 2020-ci ildə İtaliya karantin statusunu uzatdı və infeksiyanın yayılmasının qarşısını almaq üçün daha kəskin tədbirlər gördü. Bu tədbirlərə ümumi səyahət məhdudiyyətləri, ictimai tədbirlərin qadağan edilməsi, məktəblərin və ictimai yerlərin bağlanması, dini tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin dayandırılması daxildir.

25 aprel 2020 tarixinə əsasən İtaliyada 192,994 yoluxma hadisə var[3]. Bu insanlardan 26,000 nəfəri ölmüş (müqayisə üçün 3245 Çində ölmüşdür), 60,000 nəfəri isə sağalmışdır.

İtaliya Səhiyyə Nazirliyi koronavirusla bağlı ölüm hallarının çox olmasını qışın isti keçməsi ilə əlaqələndirib. Nazirlik tərəfindən hazırlanan hesabatda noyabr-yanvar aylarında müşahidə olunan yüngül qrip epidemiyasının koronavirusla bağlı ölüm səviyyəsinin yüksək olmasına səbəb olduğu qeyd edilib.[4]

  1. səhiyyə nazirliyi.
  2. səhiyyə naziri.
  3. "Confirmed Cases and Deaths by Country, Territory, or Conveyance". Worldometer. 2020-03-16. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-16.
  4. "İtaliya koronavirusdan ölümlərin çox olmasının səbəbini açıqladı". 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-02.