İtalo Santelli (15 avqust 1866, Korrodano[d], Liquriya – 8 fevral 1945, Livorno, Toskana və ya Budapeşt[2]) — Müasir qılıncoynatmanın sablya növünün atası sayılan İtaliyalı qılıncoynatma idmançısı.[3][4]
İtalo Santelli | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
it. Italo Santelli | |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Vətəndaşlığı | |||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri |
|
||||||||||
Vəfat tarixi | (78 yaşında) | ||||||||||
Vəfat yeri | |||||||||||
İdman növü | qılıncoynatma | ||||||||||
Medallar
|
|||||||||||
9 iyul 2014 tarixində yenilənib. | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
İtalo Santelli 1866-cı ildə İtaliyanın Liquriya regionunun La Speziya əyalətində Karrodano kommunasında anadan olub. Santelli İtaliyanın məşhur məktəblərində təhsil alıb. Santelli qılıncoynatma ilə məşğul olan qardaşı Otello və onun həyat yoldaşı ilə birlikdə Budapeştdə köçür. Onun 1897-ci ildə Macarıstanda Corcio adında oğlu oldu. Corcio həmişə italyan vətəndaşlığını saxlayıb və yarışlarda İtaliyanı təmsil edib.
Santelli Macarıstanda yaşadığı vaxtlarda qılıncoynatmanın sablya növünün yeni üslubunu yaratmağa başlayıb. Üslüb daha çox Santellinin “müasir üslubu” kimi tanınırdı.[5]
O, Paris Yay Olimpiya Oyunlarında İtalyan komandasının heyətində müasir üslubda çıxış etdi. Santelli rapira yarışlarında altıncı yeri tutmasına baxmayaraq, sablya növü üzrə komanda yoldaşı Antoniyo Konteyə məğlub olaraq, gümüş medal qazandı.[6]
1924 Yay Olimpiya Oyunlarında İtalo Santelli qılıncoynatma üzrə Macarıstan komandasının baş məşqçisi olub.[4]