İtburnu povidlosu — itburnu püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu.
İtburnu povidlosu insan orqanizmi üçün xüsusilə faydalıdır. İtburnu meyvəsinin bioloji aktivliyi onun tərkibində olan C vitamini ilə əlaqədardır. C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. Qanda xolesterinin miqdarını azaltdığına görə damar kirəcləşməsinin qarşısını alır. Mübadiləni yaxşılaşdırdığına, yara və xoraların sağalmasını sürətləndirdiyinə görə itburnu meyvəsi mədə xorası, şəkərli diabet, qızdırmalar, ürək xəstəlikləri, ateroskleroz kimi xəstəliklərdə istifadə oluna bilər. Sidikqovucu təsiti onu yüksək qan təzyiqinin və böyrək xəstəliklərinin müalicəsində faydalı edir. İtburnu meyvəsi C vitamini ilə yanaşı dəmirlə də zəngin olduğundan qanazlığının qarşısını alır.