Animasiya filmi Stalin repressiyasına və repressiya qurbanlarına həsr edilmişdir.
İthaf | |
---|---|
Janr | dram |
Rejissor | Şamil Nəcəfzadə |
Ssenari müəllifi | Şamil Nəcəfzadə |
Operator | Ramiz Ağayev |
Bəstəkar | Cahangir Zülfüqarov |
Rəssam | Şamil Nəcəfzadə |
İstehsalçı | Azanfilm |
İlk baxış tarixi | 1990 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 9 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1990 |
Texniki məlumatlar |
1 hissə 256 metr 35 mm |
Rəng | rəngli |
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[1][2][3][4]
Film quruluşçu rejissor Şamil Nəcəfzadənin cizgi kinosunda ilk işidir.
Filmdə Hüseyn Cavidin "Qəzəl" şeirindən və Azərbaycan xalq musiqisindən istifadə olunmuşdur.