İtitikanşəkilli zirinc

İtitikanşəkilli zirinc (lat. Berberis lycium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

İtitikanşəkilli zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Cənubi və Orta Avropada, Krımda, Qafqazda, İranda, Şərqi Sibirdə, Şimali Amerikada rast gəlinir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m olan həmişəyaşıl koldur. Budaqlari tükcüklü, sarımtıl-boz və ya bozdur. İynələri 3 yerə bölünmüş, uzunluğu 2 sm-dir. Yarpaqları lansetvari və ya tərs yumurtavari, uzunluğu 2-5 sm, biz və ya küt, ucu biz, bütöv və ya az dişli, üstdən açıq-yaşıldır. Çiçəkləri parlaq sarı, salxımlarda 10-20 ədəd, əsasən uzunsov, bəzən sallaq formadadır, uzunluğu 10 sm-dir, bəzən qısas və çətirşəkilli çiçək qruplarına yığılmışdır. Meyvələri ellipsvaridir, uzunluğu 1,2 sm, al-qırmızıdır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Qışa, istiyə davamlıdır, kasıb torpağa dözür, çox nəmişliyi sevmir, işıqsevəndir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə park və bağlarda becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Bərk, möhkəm, oduncağı xırda xarrat məmulatların hazırlanmasında istifadə edilir. Özünəməxsus rəngi vardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]