İtkin kvadrat tapmacası

Parçaların iki düzülüşünü və "itkin" kvadratı göstərən itkin kvadrat tapmacasının animasiyası
Hər iki "yekun üçbucaq" mükəmməl 13×5 şəbəkədədir; həmçinin "komponent üçbucaqlar": mavi 5×2 şəbəkədə və qırmızı 8×3 şəbəkədədir.

İtkin kvadrat tapmacası şagirdlərə həndəsi fiqurlar haqqında düşünməyə kömək etmək üçün riyaziyyat dərslərində istifadə olunan optik illüziyadır ; daha doğrusu, onlara fiqurlardan istifadə edərək düşünməyi yox, yalnız mətn təsvirlərindən və həndəsə aksiomlarından istifadə etməyi öyrətmək üçündür. Tapmaca azca fərqli şəkildə quraşdırılmış oxşar formalardan hazırlanmış iki düzülüşü təsvir edir. Hər düzülüş 13×5 ölçülü düzbucaqlı üçbucaq əmələ gətirirmiş kimi görünür, lakin birində 1×1 ölçülü dəlik var.