İttifaq Mirzəbəyli

Qaçayev İttifaq Məmmədcan oğlu (İttifaq Mirzəbəyli; 10 fevral 1953, Mirzəbəyli, Qutqaşen rayonu) — Azərbaycan jurnalisti.

İttifaq Mirzəbəyli
İttifaq Məmmədcan oğlu Qaçayev
Doğum tarixi (70 yaş)
Doğum yeri Mirzəbəyli, Qəbələ rayonu, Azərbaycan SSR
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2005

Həyatı[redaktə | mənbəni redaktə et]

İttifaq Mirzəbəyli (tam adı: İttifaq Məmmədcan oğlu Qaçayev) 1953-cü il fevral ayının 10–da Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutu Mədəni–Maarif fakültəsinin məzunudur. Ali təhsil aldıqdan sonra peşə məktəbində müəllim, "Dalğa" qəzetində ədəbi işçi, müxbir, şöbə müdiri, Azərbaycan radiosunda redaktor, şərhçi, "Son xəbərlər" şöbəsinin müdiri vəzifələrində çalışıb. 1996-cı ildən etibarən "Xalq qəzeti"ndə işləyir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

"Səhər" mükafatı (1993)

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Cenevrə) "Humanizm carçısı" mükafatı (1994)

"İlin ən yaxşı jurnalisti" adı (1996)

"Kamil sənətkar" diplomu (1999)

"Həsən bəy Zərdabi" diplomu (2003)

"Əməkdar jurnalist" fəxri adı (2005)

"Heydər Əliyev fenomeni" publisistika müsabiqəsinin qalibi (2009)

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

9 kitabın müəllifi, bir çox kitabların tərtibçisi və redaktorudur. Sözlərinə yazılmış mahnılar Bakı, Təbriz, Tehran və İstanbulda dövlət radiolarının qızıl fonduna qəbul edilib. Təxminən 15 dəfə jurnalist kimi İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya, Şimali Kipr və başqa ölkələrdə "Xalq qəzeti"ni təmsil edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]