İttihamnamə — prosessual sənəd. İttihamnamədə iş üzrə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin ittihamının formulu və işin məhkəmə aidiyyətinə görə verilməsi üçün prokurora göndərilməsi haqqında müstəntiqin (təhqiqat aparan şəxsin) son qərarı şərh edilir və əsaslandırılır. Azərbaycanda ittihamnamə istintaq qurtardıqdan sonra tərtib edilir.