İvan Şeblıkin

İvan Pavloviç Şeblıkin (rus. Иван Павлович Щеблыкин; 1884, Voronej14 iyun 1947) — rus arxeoloq və tarixçi.

İvan Şeblıkin
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 14 iyun 1947(1947-06-14)
Elm sahəsi qafqazşünaslıq

İvan Pavloviç Şeblıkin 1884-cü ildə Voronejdə anadan olmuş, 1886-cı ildə isə ailəsilə birlikdə Tiflisə köçmüşdür. Atası onu Kazan məktəbinin memarlıq-bədii şöbəsinə qoyur və 1909-cu ildə o məktəbi uğurla qutarır. Həmin ildən də Qroznı şəhərində peşə məktəbində və qadınlar gimnaziyasında dərs deməyə başlayır. 1914-cü ildə Vladiqafqaza köçərək Müəllimlər İnstitutunda və kadet korpusunda müəllimlik edir, 1917-ci ildən sonra isə ilk sovet fəhlə fakültəsində və Ali Pedaqoji İnstitutda mühazirələr oxuyur və eyni zamanda bədii məktəbin müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İ.P.Şeblıkin 1921-ci ildə Şimali Qafqaz Diyarşünaslıq İnstitutunun muzeyində işə dəvət edilir. Bu dövrdə o, İnquş və Osetin diyarşünaslıq muzeylərinin elmi əməkdaşı olur, Dağıstan üzrə ekspedisiyalarda iştirak edir. 1928-ci ildə tarix və mədəniyyət abidələrinin bərpası üzrə nəhəng işlərin başladılması ilə əlaqədar olaraq, İ.P.Şeblıkin Bakıya dəvət edilir. A.Bakıxanov adına Tarix İnstitutunun, Nizami adına Muzeyin və Azərbaycan Abidələrinin Mühafizəsi üzrə Mərkəzi İdarənin əməkdaşı kimi bir sıra arxeoloji qazıntı və bərpa işlərində fəal iştirak edir. O, rəssam istedadına malik olduğundan abidələri təkcə bir alim kimi öyrənmirdi, həm də onların bir çoxunun şəklini yaradırdı. "Bakıdakı Şirvanşahlar sarayının qısa tarixi oçerki" (Bakı, 1939), "Nizami dövrü Azərbaycan memarlığı abidələri: materiallar" (Bakı, 1943), "Azərbaycan memarlığı: Nizami dövrü" (Bakı, 1947) kitablarının müəllifidir.