İvan Vladimiroviç Fiqurovski (15 avqust 1865) — alim, professor, iqlimşünas, metroloq. Azərbaycanın əməkdar elm xadimi.
İvan Fiqurovski | |
---|---|
Doğum tarixi | 15 avqust 1865 (158 yaş) |
Elmi dərəcəsi |
İvan Vladimiroviç Fiqurovski Rusiyanın keçmiş Vladimirovskaya quberniyasının Pyatdus kəndində 1865-ci il avqustun 15-də dünyaya göz açmışdır. Ali təhsilini Varşava universitetində fizika-riyaziyyat ixtisası üzrə almışdır. Demək olar ki, onun həyatının ən məhsuldar illəri məhz Qafqazla bağlıdır. O, ömrünün təxminən 40 ilini burada keçirmiş və pedaqoji, elmi və elmi-təşkilati fəaliyyətlə məşğul olmuşdur. Öz dövründə o, Azərbaycanın əməkdar elm xadimi adını da almışdır.
Meteorologiya sahəsində o, ilk təcrübəsini Sankt-Peterburqda Nikolayevski Baş Fizika Rəsədxanasında (BFR) qazanmışdır. Lakin tezliklə o, Tiflis Fizika Rəsədxanasına (TFR) keçmişdir. Hansı ki, bu rəsədxana Qafqazda XIX əsrin ortalarından başlayaraq iqlim məsələlərinin həll olunduğu yeganə müəssisə idi. Bundan başqa o, İrkutsk meteoroloji rəsədxanasında da işləmişdir.
Alim Azərbaycanda işə 1920-ci ildən etibarən başlamışdır. Bakıda, Azərbaycan Politexnik İnstitutunda meteorologiya və iqlimşünaslıqdan dərs demiş və kənd təsərrüfatı fakultəsinin dekanı olmuşdur. Sonralar bu fakultənin bazası əsasında Gəncədə kənd təsərrüfatı institutu yarandı. Orada o, pedaqoji işini dvam etdirmiş və 10 il fizika və meteorologiya kafedrasına rəhbərlik etmişdir.
1937-ci ildə professor Fiqurovski SSR EA-ın filialı olan Azərbaycan Elmlər Akademiyasında ilk dəfə təşkil olunmuş Coğrafiya bölməsinə rəhbər seçilir. Bu bölmə sonradan H.Əliyev adına Coğrafiya institutu adını və Elmlər Akademiyası isə müstəqil olaraq Milli statusunu aldı.
Fiqurovskinin iqlim tədqiqatlarına marağı Qafqazda meteoroloji müşahidə stansiyalarını hazıralması ilə məşğul olarkən, Nikolayevski BFR-ın xronikasını çapa hazırlayarkən və TFR-nın aylıq bülletenlərinin nəşrində iştirak edərkən yarandı. 1902-ci ildə o özünün ilk Qafqaza aid iqlim xülasəsini hazırlamış və bu xülasəni iqlimşünaslıq, hidrologiya və balneologiya üzrə xadimlərin qurultayında təqdim etmişdir.
İlk dəfə Qafqazda iqlimin müxtəlifliyini o, V.Keppenin Yer kürəsinin iqlim təsnifatı əsasında sistemləşdirməyə cəhd etmişdi. Bu sistemin əsasını bitkilərin əyalətə görə paylanması, əyalətlərin daxilində isə bir-biri ilə empirik seçilmiş iqlim göstəricilərinə görə fərqlənən ərazinin bölünməsi təşkil edirdi.
Qafqazda meteostansiyalarda müşahidələr nəticəsində kifayət qədər material toplandığından 1905-ci ildə Fiqurovski belə tədqiqatların nəticəsi olaraq onun ilk monoqrafiyasıni 1912-ci ildə "Qafqaz iqliminin təcrübi tədqiqatları" (rus. "Опыт иследования климатов Кавказа") adı altında işıq üzü gördü. Bu onun həm formatına həm də həcminə görə ən böyük işi olmuşdur.
Fiqurovski Qafqazda Azərbaycanın iqlimşünaslığının banisi hesab edilir. O, özündən sonra 10 monoqrafiya qoymuşdur ki, onların da çoxunun tərkibində regionun həm böyük, həm də kiçik miqyaslı xəritələri, çoxlu sayda Azərbaycanın, Gürcüstanın və Rusiyanın dövri nəşriyyatında çıxan məqalələr yer alırdı.