İvan Maçabeli

İvan Georgiyeviç Maçabeli (gürc. ივანე გიორგის ძე მაჩაბელი; 27 yanvar (8 fevral) 185426 iyun (8 iyul) 1898, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — Vilyam Şekspir tərcümələri ilə tanınmış gürcü yazıçı, jurnalist və ictimai xadimi.

İvan Maçabeli
gürc. ივანე გიორგის ძე მაჩაბელი
Doğum tarixi 27 yanvar (8 fevral) 1854
Vəfat tarixi 26 iyun (8 iyul) 1898 (44 yaşında)
Vəfat yeri
Milliyyəti gürcü
Təhsili
Fəaliyyəti yazıçı, tərcüməçi, ictimai xadim
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İvan Maçabeli Tamaraşeni kəndində (indi Tsxinval yaxınlığındakı Cənubi Osetiya Respublikası ərazisində) qədim gürcü zadəgan ailəsində anadan olub.

Maçabeli Sankt-Peterburq, Almaniya və Parisdə təhsil alıb.

Gürcüstana qayıtdıqdan sonra İlya Çavçavadzeyə gürcü mədəniyyətinin dirçəldilməsi və Rusiyanın imperiya hakimiyyətinə qarşı əməkdaşlığı təklif edir. Gürcüstanın aparıcı milli dövri nəşrləri olan "İveriya" və "Droeba"nın baş redaktoru vəzifəsində çalışır.

26 iyun 1898-ci ildə İvan Maçabeli Tiflisdəki mənzilini tərk edir və daha sonra itkin düşür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bütün həyatı boyu Vilyam Şekspirin tərcümələri üzərində çalışıb. Heç vaxt İngiltərədə olmamasına baxmayaraq Maçabeli, Hamlet, Otello, Maqbet, III Riçard, Yuli Sezar, Antoni və Kleopatranı mükəmməl tərcümə etmişdir. Onun bu tərcümələri hələ də Rustaveli Teatrı repertuarının gündəmindədir.

Maçabeli Ev-Muzeyi, Tamaraşeni kəndində, yazıçının XIX əsrdə tikilmiş zadəgan iqamətgahında yerləşirdi. 1997-ci ildə, Osetiya tərəfdən atəş açdıqdan sonra evə, xüsusən də şərab zirzəmisi olan Maraniyə böyük ziyan dəydi. Gürcü mütəxəssislərin göstərilən əraziyə girə bilməməsi səbəbindən bombardmandan sonra məhv olmamış əşyaları muzeydən çıxarmaq mümkün olmadı. Qeyd edək ki, muzeydə 2000-dən çox eksponat saxlanılırdı. Onların arasında İvan Maçabelinin şəxsi əşyaları, əlyazmalar, iri foto materiallar və tarixi Samaçablo bölgəsinin həyatından (XIX–XX əsrlərdə) bəhs edən etnoqrafik eksponatlar saxlanılırdı.

2003-cü ildə ev-muzeyin binası Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən bərpa edildi. Rusiya-Gürcüstan müharibəsi zamanı bərpa edilmiş muzey dağıdıldı.

Gürcüstan-Osetiya münaqişələri zamanı (2008-ci ildə Gürcüstanda müharibə) muzey yenidən təmamilə dağıdıldı.[1]

Tiflis şəhərində Maçabeli adına küçə də var.[2]

  1. "Дом-музей Ивана Мачабели". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  2. "Тбилиси " Сололаки " Улица Мачабели". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  • İvan Maçabeli // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  • Rayfield, Donald (2000), The Literature of Georgia: A History: 1st edition, p. 181. Routledge, ISBN 0-7007-1163-5
  • Georgian Monument Blown up in South Ossetia, The Jamestown Foundation Monitor, Volume 3, Issue 145 (July 25, 1997).
  • International Organization Affirms that Machabeli Museum is Destroyed in Tamarasheni. The Georgian Times. January 30, 2009.