İvan Ostapenko

İvan Qriqoryeviç Ostapenko (1913[1]—1990) – Sovet İttifaqı Qəhrəmanı.[2]

İvan Ostapenko
Doğum tarixi
Doğum yeri Qlafirovka, Jersk, Kuban-Krosnodar diyarı
Vəfat tarixi
Vəfat yeri Volojin şəhəri, Belorusiya
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

1913-cü ildə Kubanda Krosnadar diyarının Yeysk rayonundakı Qlafirofka kəndində anadan olmuşdur. Ata anasını çox erkən itirmiş Vanya 16 yaşında ikən Azərbaycana gəlmiş, rayonumuzdakı Nord-Ost Qoltuq kəndində balıqçılığa pənah gətirmişdir. Onun son döyüşü 1944-cü ilin şaxtalı dekabr gecəsində oldu. Tərkibində vuruşduğu batalyon Budapeşt yaxınlığında Dünay çayını keçmək və düşmən mövqeyini ələ keçirmək əmri almışdır. Güllə yağışı altında 25 qayıqdan qarşı sahilə yalnız iki qayıq çıxa bildi. 300 nəfərdən cəmi 40 nəfər sağ qalmışdı. Bölmə komandiri kiçik serjant İ.Q.Ostapenka da onların arasında idi. Düşmənlə əlbəyaxa vuruşda onlar qalib gəldilər. Bu döyüşdə İvan ağır yaralandı. Ruminyanın hərbi səhra qospitalının birində müalicə olunan Ostapenka ona Sovet İttifaqı adı verildiyini eşitsədə buna inanmadı və bunun başqa Ostapenka olduğunu düşündü. Evlərinə qayıdarkən arvadı Stepanida bu xəbərin doğru olduğunu bildirdi və ona göndərilmiş rəsmi sənədi ərinə verdi. İvan Qriqoriyeviç Ostapenka 1990-cı ildə vəfat etmişdir. Neftçala Mədəniyyət və İstirahət parkında onun büstü qoyulmuşdur[1].

Kuban-Krosnodar diyarının Jersk rayonunun Qlafirovka kəndində anadan olmuş 16 yaşında Neftçala rayonunun Z.O.Qoltuq kəndində məskunlaşmış, balıqçılıqla məşğul olmuş, buradan cəbhəyə getmişdir. Budapeşt şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adını almışdır. 50-ci illərin sonunda Kuban şəhərinə köçmüşdür.[3]

  1. 1 2 "Neftçala qəhramanlar". 2011-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-30.
  2. Azərbaycan Respublikası Xatirə Kitabı, XII cild. Bakı: Respublika Xatirə Kitabı redaksiyası. 2012. səh. səh.101. ISBN A-49.
  3. "Arxivlənmiş surət". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-31.