Tretyakov İvan Polikarpoviç — nasir, tərcüməçi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1980), Azərbaycanın Əməkdar incəsənat xadimi (1981).
İvan Tretyakov | |
---|---|
İvan Polikarpoviç Tretyakov | |
Doğum tarixi | 24 oktyabr 1922 |
Doğum yeri | Kniqino, Karqopolsk rayonu, Arxangelsk vilayəti, |
Vəfat tarixi | 4 dekabr 2008 (86 yaşında) |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | rus dili |
Üzvlüyü | |
Mükafatları |
|
İvan Tretyakov 1922-ci il oktyabrın 24-də Arxangelsk vilayəti Karqopolsk rayonunun Kniqino kəndində yoxsul ailədə doğulmuşdur. Burada ibtidai məktəbi (1934), Tixmanqsk kənd sovetliyində yeddiilliyi (1937) bitirdikdən sonra Leninqrad şəhərində nəqliyyat sənaye texnikumuna daxil olmuş, maddi vəziyyətinin ağırlığı üzündən 3-cü kursdan çıxmış, meşə təsərrüfatında işləmişdir (1940). İkinci dünya müharibəsi başlananda çağırışı gözləmədən könüllü orduya getmişdir. Arxangelsk şəhərində Borisov adına hərbi mühəndislik məktəbini bitirmişdir (1941). Sonra döyüşən orduya - Zaqafqaziya cəbhəsinə, oradan da Krım cəbhəsinə göndərilmişdir. Mina axtaranlar bölməsinin komandiri kimi Kerç, Kuban, Ukrayna, Rumıniya, Macarıstan və Çexoslovakiya uğrunda döyüşlərdə iştirak etmişdir. Qvardiya atıcı alayında mühəndis olmuşdur. Son döyüşlərin birində ağır yaralanmışdır. Uzun müddət müalicə olunmuşdur (1945-1947). Ordudan birinci dərəcəli şikəst kimi tərxis edildikdən sonra Bakı Sovetinin mədəni-maarif işləri şöbəsinin inspektoru (1948-1951), Azərbaycan Baş Mətbuat İdarəsində redaktor işləmişdir (1960-cı ilədək). Eyni zamanda Bakıda qiyabi orta məktəbi bitirib Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda təhsil almış (1953-1958), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasına məsul katib təyin edilmişdir (1960-1961). Sonra həmin jurnalın baş redaktoru işləmişdir (1961-1991). Ədəbi fəaliyyətə 1955-ci ildə "Literaturnıy Azerbaydjan" jurnalında çıxan ilk hekayəsi ilə başlamışdır. Dövri mətbuatda hərbi vətənpərvərlik mövzusunda yazdığı hekayə və povestləri müntəzəm çap olumuşdur. Azərbaycan ədəbiyyatından 25-dək roman və povesti rus dilinə tərcümə etmişdir. Onun ədəbi-tənqidi məqalələri, oçerk və rəyləri "Literatunaya qazeta", "Komsomolskaya pravda", "Krasnaya zvezda" qəzetlərində, "Drujba narodov", "Naş sovremennik", "Literaturnoe obozrenie", "Kommunist Voorujonnıx sil" və digər jurnallarda vaxtaşırı çap olunmuşdur. İctimai işlərdə fəal çalışmışdır: fəhlə kollektivləri, hərbi hissə döyüşçüləri, məktəblilər arasında tez-tez olmuş, zəhmətkeşlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə kömək etmişdir. Bakı Sovetinin (X çağırış) deputatı, Azərbaycan KP XXX və XXXI qurultaylarının nümayəndəsi, Azərbaycan Yazıçılar İttifaqının və kemiş SSRİ İttifaqının IV, V, VI, VII, VIII qurultaylarının nümayəndəsi, SSRİ Yazıçılar İttifaqı hərbi-bədii komissiyasının, Azərbaycan Yazıçılar Birliyi Rəyasət Heyətinin üzvü olmuşdur. Döyüş və ədəbi-ictimai xidmətlərinə görə "Qırmızı ulduz", "Xalqlar dostlugu" və I dərəcəli "İkinci dünya müharibəsi" ordenləri, 12-dən çox medal, Azərbaycan və Ukrayna Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları, partiya, dövlət, həmkarlar və hərbi təşkilatların tərifnamələri ilə təltif olunmuşdur. "Sovetski voin" və "Naş sovremennik" jurnallarının ədəbi mükafatı laureatı olmuşdur (1982). 1991-ci ilin mayından təqaüdə çıxmışdır.
(Azərbaycan dilindən):