İvan Urqant (rus. Иван Ургант) — rusiyalı aktyor, şoumen, teleradio aparıcısı, müğənni, musiqiçi, prodüser. Hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi"[1] və "Smak"[2] verilişlərinin aparıcısı, "Projektorperishilton"[3] verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib.[4][5] Dəfələrlə "TEFİ" mükafatının laureatı olub.[6] 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib.[7]
İvan Urqantın kinoda debüt işi 1996-cı ildə çəkilmiş "Sərt zaman" filmində olmuşdur.[8][9] O, bu filmdə epizodik rolda çəkilib. İvan sonrakı 10 il ərzində yerli seriallarda və tammetrajlı filmlərdə daha bir neçə epizodik rollarda çəkilib.[8]
Aktyorun kinoda ilk böyük rolu kinorejissor Konstantin Xudyakovun 2007-ci ildə çəkdiyi "O, o və mən" filmində olub.[8][9] İvan melodram janrında çəkilmiş bu filmdə gənc və cazibədar Denis Qanin rolunda çəkilib. Onun bu filmdə tərəf müqabilləri Aleksandr Qalibin, Yekaterina Quseva və Yuliya Rutberq kimi aktyorlar olub.[8]
İvan Urqant rejissor Pavel Bardinin 2007-ci ildə komediya janrında çəkdiyi "Üç nəfər və qar dənəciyi" filmində oynadığı Qarik roluna görə, "Ən yaxşı komediya aktyoru" nominasiyasında "MTV Russia Movie Awards" mükafatına namizəd olub.[10][11]
İvan Urqant 2010-cu ildə bir neçə novelladan ibarət, müxtəlif rejissorlar tərəfindən çəkilmiş[12] "Yolkalar" kinokomediyasında çəkilib.[8][9] Bu filmdə oynadığı biznesmen Boris roluna görə, "Ən yaxşı rus aktyoru" nominasiyasında "Jorj mükafatı"na namizəd olub.[13]
2011-ci ildə Milla Yovoviç, Sergey Qarmaş, Vladimir Menşov və Konstantin Xabenski kimi aktyorlarla birlikdə Levan Qabriadzenin "Oyunbazlıqlar" və Sergey Bezrukov və Oksana Akinşina kimi aktyorlarla birlikdə Pyotr Buslovun "Vısotski. Sağ ol ki, yaşayırsan" filmində çəkilib. İvan bu iki filmdə canlandırdığı obrazlara görə, "Ən yaxşı rus aktyoru" nominasiyasında "Jorj mükafatı"na namizəd olub.[14]
Mənbə:[9]
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1996 | Sərt zaman | rus. Жесткое время | gənc aktrisanın dostu |
1997 | 33 kvadrat metr | rus. 33 квадратных метра | Ornitoloq |
1998 | Senyora | rus. Сеньора | epizodik |
1999 | Sınmış fənərlər küçəsi 2 | rus. Улицы разбитых фонарей 2 | "Mamont" ləqəbli Nikolay Kolesnikov |
2001 | FM və uşaqlar | rus. FM и ребята | dosent |
2002 | Pullar | rus. Деньги | İvan |
2005 | 180 və ondan yuxarı | rus. От 180 и выше | Anton |
2006 | Tənəkə | rus. Жесть | İlya |
2006 | Allaha şükür, sən gəldin! | rus. Слава богу, ты пришел! | qonaq |
2007 | O, o və mən | rus. Он, она и я | Denis |
2007 | Kukla | rus. Неваляшка | şərhçi |
2007 | Üç nəfər və qar dənəciyi | rus. Трое и Снежинка | Qarik |
2008 | Paradoks | rus. Парадокс | Vadikin dostu |
2008 | Gözəllik tələb edir... | rus. Красота требует... | pilot |
2008 | Sehrbaz | rus. Волшебник | Zaxarov |
2008 | Avropa-Asiya | rus. Европа-Азия | Elvis |
2009 | Cənubi Butovo | rus. Южное Бутово | — |
2010 | Yolkalar | rus. Ёлки | Boris |
2010 | Oyunbazlıqlar | rus. Выкрутасы | Danya |
2011 | Vısotski. Sağ ol ki, yaşayırsan | rus. Высоцкий. Спасибо, что живой | Seva Kulaqin |
2011 | Yolkalar 2 | rus. Ёлки 2 | Boris |
2012 | Ölkə şopdadır | rus. Страна в shope | — |
2012 | Vısotski. Əsl həyatın dörd saatı | rus. Высоцкий. Четыре часа настоящей жизни | — |
2013 | Yolkalar 3 | rus. Ёлки 3 | Boris |
2014 | Yolkalar 1914 | rus. Ёлки 1914 | Boris |
2016 | Yolkalar 5 | rus. Ёлки 5 | Boris |
2017 | Moskva haqqında əsatirlər | rus. Мифы о Москве | — |