İvars Biçkoviçs

İvars Biçkoviçs[1] (latış. Ivars Bičkovičs‎; 1 fevral 1962, Ayzkraukl rayonu[d]) — Latviya Respublikası Ali Məhkəməsinin hazırkı Baş hakimidir.

İvars Biçkoviçs
latış. Ivars Bičkovičs
Doğum tarixi 1 fevral 1962(1962-02-01) (62 yaş)
Doğum yeri Aizkraukle rayonu, Latviya
Vətəndaşlığı  Latviya
Təhsili Latviya Universiteti
Fəaliyyəti hakim

1980-ci ildən 1985-ci ilədək Latviya Universitetində təhsil almışdır.

1983-cü ildə Aizkraukle rayonunun Aqrobiznes Assosiasiyasının baş hüquq məsləhətçisi vəzifəsində çalışıb. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət edib. 1987-ci ildə Aizkraukle rayonu Xalq Məhkəməsinin hakimi olub.

Latviya müstəqilliyini bərpa etdikdən sonra, Ali Məhkəmənin Cinayət Problemləri Palatasının sədri (1996–2008) və 2008-ci ildən isə Latviya Respublikası Ali Məhkəməsinin Baş hakimi oldu.[2]

  1. "AZƏRBAYCAN VƏ LATVİYA ARASINDA ƏDLİYYƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANIB". 2018-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.
  2. "Par Augstāko tiesu — Priekšsēdētājs — Biogrāfija — Ivars Bičkovičs, Augstākās tiesas priekšsēdētājs". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-26.