İvaylo — Çar, üsyan rəhbəri.
Kələm İvaylo | |
---|---|
Ивайло Бърдоква | |
| |
İkinci Bolqarıstan imperiyasının XI imperatoru | |
1278 – 1279 | |
Əvvəlki | Konstantin Tix/II Mixail |
Sonrakı | III İvan Asen |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Milliyyəti | Bolqar |
Fəaliyyəti | rəhbər |
Həyat yoldaşı | Mariya Kantakuzene |
Uşağı | bir qız |
Dini | Ortodoks |
Vikianbarda əlaqəli mediafayllar |
İvaylo sadə bir donuz çobanı idi. 1277-ci ildə iqtisadi problemlərə görə başlayan kəndli üsyanına rəhbərlik etmişdir. Elə həmin il Konstantin Tixi öz at arabasında öldürən İvaylo Bolqar əyanlarına öz hakimiyyətini məcbur qəbul etdirərək, 1278-ci ildə dul çariça Mariya Kantakuzene ilə evlənərək çar elan olunmuşdu.
Hakimiyyətə gələndən sonra monqollara qarşı müqavimət göstərə bilsə də Bizansın kömək etdiyi III İvan Asenin hücumuna qarşı dayana bilməmiş, geri çəkilməli olmuşdu. Tarnovoda İvana köməyə gələn Bizans ordusunu iki dəfə məğlub etmiş, lakin Noğay xanın yanına qaçmalı olmuşdu. 1281-ci ildə Noğay xan tərəfindən edam olunmuşdur.
John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.