İydəli piri

İydəli piriNaxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndindən şərqində ziyarətgah.

İydəli piri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Kəngərli rayonunun Şahtaxtı kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
İydəli piri (Azərbaycan)
İydəli piri

Pirin ətrafı Orta əsrlər dövründə yaşayış məskəni kimi istifadə edilmişdir. Pirin yaxınlığından keçən kəhriz indi də fəaliyyət göstərir. Pir qayanın təbii oyuğunda yerləşir. Onun ətrafı dördkünc formada bir sıra qaya parçaları ilə hörülmüşdür. Divarlar bəzi yerlərdə 50-60 sm hündürlükdədir. Bəzi yerlərdə iri qaya parçalarından divar qalıqları mövcuddur. Tədqiqat göstərir ki, pirin ətrafındakı divar dəfələrlə bərpa edilmişdir. Pirə aid olan qayanın oyuğunda dilək tutularaq şam yandırılır. Burada daşla niyyət etmə adəti geniş yayılmışdır. Pirin yaxınlığında bulaq da vardır. Pirin ətrafında iri daşlardan hörülmüş divar qalıqlarına rastlanır. Ehtimal ki, ətraf ərazilərin bir qismi vaxtilə pirə məxsus olmuşdur. Araşdırmalar zamanı pirin ətrafından Antik və Orta əsrlərə aid keramika nümunələri aşkar edilmişdir. Pir Azərbaycan xalqı içərisində yayılan qaya və su inancı ilə bağlıdır. Piri e.ə. II-I minilliklərə aid etmək olar.