İyli bitişikmeyvə (lat. Symphyoloma graveolens) — çətirkimilər fəsiləsinin symphyoloma cinsinə aid biki növü.
İyli bitişikmeyvə | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: ???: İyli bitişikmeyvə |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]
Çoxillik ot bitkisidir. Gövdələri inkişafdan qalmışdır. Bütün yarpaqları kökətrafı, 3-9 sm uzunluğunda, sapları enli, parlaq, kənarları zarlı qına geniişlənmişdir. Çətirləri 5-7 şüalıdır. Çiçəkləri çoxsaylıdır. Meyvələri 4 mm uzunluqda, çılpaq, yastılaşmış, enli tərs-yumurtavari, bel hissədə sapvari qabırğalıdır. Sütuncuğu əyilmişdir. [3]
Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust aylarına təsadüf edir. Yuxarı dağ qurşağında (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) daşlı töküntülərdə rast gəlinir. [3]
Daşlı töküntülərdə bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür. [4]Böyük Qafqazın Quba sahəsi və Şərq hissələridir.[3][5][6]
Populyasiyanın təbii bərpasının iqlim amillərinin mənfi təsirlərin dəyişilməısində asılılığı müşahidə olunur. Azalma tendensiyasına meyillidir.
Ətraf mühitin amillərinə həssaslıq, otarılma və yayıldığı ərazilərin deqradasiyası-eroziyadır.
populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |