Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Anacamptis coriophora subsp. fragrans
{{{latin}}} | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Anacamptis coriophora subsp. fragrans |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2acd; D1. Çox nadir növdür.[1][2]
Çoxillik ot bitkisidir. Kökyumrusu kürəvi, bəzən oval şəkildə olur. Gövdəsi 30-50 sm hündürlükdədir. Yarpaqları 4-7 sayda, ensiz xətli və ya lanset-xətli, 14 sm uzunluğunda və 1 sm enində, gövdənin orta hissəsindən sivriləşmişdir. Çiçək qrupu seyrək, 20 sm-ə qədər uzunluqdadır. Başcıq 8- uzunluğunda, tünd-qırmızı rəngdədir. Dodaqcığın kənarları dişciklidir. Mahmız dodaqcıqdan uzun olur. Orta dilimi yan dilimlərdən 2 dəfə uzundur [3][4][5]
Çiçəkləmə - meyvəəmələgətirmə dövrü may ayıdır. Toxumla çoxalır, dəniz kənarında, rütubətli yerlərdə, kolluqlarda rast gəlinir. İşıqsevən, quraqlıqa az davamlı, zəif duzlaşmaya davamlı, dekorativ əhəmiyyətlidir [5]
Lənkəran düzənliyində [3][4][5][6]
Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.[6]
Əhali tərəfindən geniş istifadə edilməsi populyasiyalarının azalma tendensiyasını yaradır.[6]
Xüsusi qorunma tədbirləri aparılmır. Yayılma yerlərinin dəqiqləşdirilməsi, nəzarətə götürülməsi, populyasiyalarının bioekoloji tədqiqi, toxumlarının toxum bankında saxlanılması təklif olunur.