İynəyarpaq

İynəyarpaqlı və qozalı küknar budağı

İynəyarpaq - bir çox iynəyarpaqlı ağacın, yaxud kol bitkisinin yarpağı. İynəşəkilli, 3-4 tilli, pulçuqvarı olub, növbəli, qarşılıqlı və dəstə ilə düzülür. Adətən, bir neçə il budaqlarda qalır. Bəzi növlərdə isə (məsələn, qara şamda) hər il tökülür. Soyuğa, istiyə və güclü küləklərə davamlıdır. Hər iynəyarpaqda, adətən, 1-2 ötürücü lif topası olur. İynəyarpaq havanın mikroflorasına təsir edən fitonsidlər ifraz edir. Bəzi cinslərin iynəyarpağından ağ şam yağı və s. yağlar, vitaminlər, iynəyarpaq unu (şam, küknar) almaq üçün istifadə edilir.