İyvari gülquyruq (Elmi adı - Anthurus javanicus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[1]
Göbələk orta ölçülü meyvə cisminə malikdir. Cavan, açılmamış meyvə cismi yumurtavari və ya şar şəkilli, 1,5 sm diametrindədir, ağ və bozumtuldur. Peridi parçalandıqdan sonra üzə çıxan reseptakul müxtəlif formalı, silindrik, aşağısı iyvari, içi boş, 2-6 sm hündürlükdə, 3-5 ədəd qırmızı qanadlı, əsas krem, yuxarısı isə qırmızı rənglidir. Bu qanadlar təpəcikdə birləşirlər. [2][3]
Humus saprotrfodur, termofil növdür. Quercus castaneifolia və Parrotia persica qarışıq meşələrində rast gəlinir. [2][4]
Talışın aşağı dağ qurşağı meşələrində əmələ gəlinir, Lənkəran şəhəri aşağı düzən müşəsi, Astara meşələrində yayılmışdır. [2][5]
Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir. [2][6]
Termofil növ olduğu üçün temperatur rejminə tələbkarlıq məhdudlaşdırıcı amil ola bilər. [2][5]
Populyasiyanın vəziyyətinə nəzarət vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiyasını və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur. [2][1][5]
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |