İzmir Qız liseyi

İzmir qız liseyi — Türkiyədə cümhuriyyət dövrünün ilk təhsil qurumlarından biri. Məktəb binası 1917-ci ildə İzmir valisi Rahmi bəy tərəfindən təhsil və tərəqqi məktəbi olaraq tikdirilmiş, daha sonra kişi müəllim məktəbi olaraq istifadəyə verilmişdir. İstiqlal müharibəsindən sonra İzmir Yunanıstanın əlində qalardısa bina İzmir İyon Universiteti kimi fəaliyyət göstərəcəkdi.

İzmir Qız Liseyi

4428 kvadratmetr ərazisi olan və iki mərtəbədən ibarət binanın divarları daşdan hörülmüşdü.Yuxarıdan baxıldıqda H hərfi kimi görünən izmirin ilk qız liseyi olan İzmir qız liseyi 1915-ci ildə Özəl idarənin rəhbərliyi altında "İnas İddadisi" adı altında fəaliyyətə başlamış, ancaq dövrün Maarif nazirliyi liseyin xərcələrinə öhtələnmədiyi səbəbi ilə Sultani adını ala bilməmişdir. Əvvəllər İtalyan qız məktəbi binasında fəaliyyət göstərən bu lisey, çox az şagirdi olduğundan və müharibə illəri səbəbi ilə, fəaliyyət göstərə bilməmiş və bağlanmışdır. Yunan işğalından sonra indiki Karataş Liseyinin yerləşdiyi yerdə olan köhnə bir köşkdə fəaliyyətinə başlamışdır. İzmir qız sultanisi adını daşıyan təhsil ocağı beləliklə İzmir qız liseyinin təməllərini qoymağa başlamışdır. 1923-cü ildə nazirlik tərəfindən İzmir qız liseyi adı altında təşkilatlandırılmışdır.

İlk dərs ilində bir direktor, bir baş müəllim, beş müəllim ilə fəaliyyət göstərmişdir. Liseyin ilk müdürü Şehime Yunus olmuşdur.