Şöhrət Usub oğlu Həsənov (d. 23 dekabr 1944, Xocalı rayonu, Azərbaycan SSR, SSRİ – ö. 25 fevral 1992, Xocalı rayonu, Azərbaycan) — "İgidliyə görə" medalı ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi.
Şöhrət Usub oğlu Həsənov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Xocalı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Xocalı rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Şəhidlər xiyabanı |
Atası | Usub Həsənov |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb.[1] Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyəti başçısının birinci müavini olub.[1]
O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son nəfəsinə və son gülləsinədək vuruşdu.[1] Avtomat silahının darağında olan 30 güllənin hamısı artıq qurtarmışdı.[1] O, insanların sağ-salamat çayı keçməsinə kömək edib, sonra isə erməni snayperinə tuş gəlib, iki ayağından vuruldu.[2] Onu işgəncə verərək öldürüblər.[3] Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və bu cür işgəncələri davam etdirərək onu qətlə yetiriblər.[3]
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.[1]
Şöhrət Həsənov Mehriban Əliyeva ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[1] Aygün, Almaz, Gülnarə, Ruhiyyə və Bəyaz adlı qızları və oğlu Babək yadigar qalıb.[1] Bir neçə xarici dil bilirdi.[2]
Jurnalizmlə məşqul olurdu.[1] O, "Xocalının səsi" qəzetinin nəşr edilməsinə də böyük dəstək göstərirdi və hətta qəzetin adını da seçmişdi.[3]